Futbol üzrə dünya çempionatında stadiona spirtli içki buraxılması qadağan olunacaq
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə dünya çempionatı zamanı azarkeşlərə stadionlarda spirli içki qəbul etmək qadağan olunacaq.
Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, FIFA yerli qanunvericiliyə zidd olduğu üçün mundial oyunlarında pivə satışını turnirin Təşkilat Komitəsi ilə müzakirə etmək fikrində deyil.
Ali futbol qurumu 2022-ci ildə Qətərdə təşkil olunan dünya çempionatında yaranmış vəziyyətdən nəticə çıxarıb. Qurum həmin vaxt stadionlarda pivə satmaq hüququ əldə etsə də, sonradan Əl-Tani ailəsinin təzyiqi ilə icazə ləğv edilib.
Beləliklə, FIFA pivə istehsal edən şirkətə 40 milyon funt-sterlinq məbləğində təzminat ödəməli olub.
Qeyd edək ki, dekabrın 11-də DÇ-2034-ün Səudiyyə Ərəbistanında keçiriləcəyi təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 Dekabr 2024 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















