Icma.az
close
up
RU
Futbolumuzun durumuna nazir qiyməti: “Yaxşı günlərini yaşamır” İdman və Biz

Futbolumuzun durumuna nazir qiyməti: “Yaxşı günlərini yaşamır” İdman və Biz

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bəli, indi futbolumuz yaxşı günlərini yaşamır. Bunu etiraf etmək lazımdır”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, ilin yekunları ilə bağlı jurnalistlərlə ənənəvi görüşündə Azərbaycan futbolunun ürəkaçan olmayan durumuna toxunub: “Burada birgə iş olmalıdır. AFFA və ya hansısa klubları da ayrılıqda günahlandırmaq olmaz. Biz nazirlik olaraq, futbolun inkişafı üçün nə edirik? Ötən ilin əvvəllərində “Ulduz” akademiyasını yaratdıq. Bölgələrdən perspektivli uşaqları buraya cəlb edirik. Şəraitimiz var, uşaqlar Bakı kəndlərindən birində məskunlaşıblar, eyni məktəbə gedirlər və məşq edirlər. Aşağı yaş qruplarından ibarət liqalarımıza diqqət yetirsəniz, ilk sıralarda bu akademiyanın komandalarının qərarlaşdıqlarını görə bilərsiniz. Lakin bu kollektivlər beynəlxalq yarışlarda böyük hesabla uduzurlar. Nəzərə alaq ki, yeni komandalardır. Düşünürəm ki, tez-tez belə turnirlərdə oynamalıdırlar”.

Nazir ölkədə təşkil olunan beynəlxalq yarışlardan da danışıb: “Azərbaycanda uşaqlar üçün 3 beynəlxalq turnir təşkil etmişik. Sonuncusu Qubada reallaşdı. Əfsuslar olsun ki, Özbəkistanın 15 yaşlılardan ibarət komandası bizim klublara qalib gəldi. Artıq başa düşdük ki, özbək futbolu 15 yaşlılar arasında bizi üstələyir. Digər yarışda Belarusun U-15 komandası qalib gəldi. Amma görürük ki, yarışdan-yarışa artım hiss olunur. Uşaqlara təcrübə lazımdır. Ona görə də daimi olaraq beynəlxalq yarışlara getməlidirlər. Belədə bizdə də futbolçular yetişməyə başlayacaq”.

Qayıbov Avropa klublarında oynamağa layiq gördüyü futbolçunun da adını açıqlayıb: “Son illər “Qarabağ”da Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Nəriman Axundzadə və Elvin Cəfərquliyev kimi futbolçular özlərini yaxşı tərəfdən göstərirlər. Onlar 3-4 ilin içində inkişaf etdilər. Nəriman da son oyunlarda daha çox şans qazanır. Elvin isə Avropanın güclü liqalarında rahat oynaya bilər. Böyük potensialı var. Beynəlxalq təcrübə qazandıqca, inkişaf edirlər”.

Nazir qeyd edib ki, ölkə futbolunun inkişafı üçün çox işlər görülməlidir: “Futbolda görüləsi işlərimiz çoxdur. Daha çox yarış keçirilməli və uşaq futboluna investisiya yatırmalıyıq. Biz öz növbəmizdə bunu etməyə başlamışıq. Eyni zamanda, infrastruktura diqqət ayrılmalı, stadionlar təmir olunmalıdır. Bir çox bölgəmizdə təmirə ehtiyacı olan arenalarımız var. Amma biz bunu tək bacara bilmərik. Bunun üçün sponsorlar olmalıdır. Tutaq ki, hansısa stadionu əsaslı təmir etdik. Orada oynayacaq komanda olmalıdır. Üstəlik, arenanın baxımı da var. Düzdür, artıq II Liqamız da var. Üç-dörd il əvvəl bu, yox idi. Müəyyən irəliləyişlər var. Təbii ki, azarkeşlər kimi, biz də yığmamızın ən azı qonşu Gürcüstan kimi nəticələr əldə etməsini istəyirik. Amma klub səviyyəsində biz onlardan üstünük. Uşaq futboluna daha çox sərmayə qoymalıyıq, milli komanda üçün səviyyəli futbolçular yetişsin. Əsas odur ki, plan olsun. Məsələn, Gənclər və İdman Nazirliyinin 2030-cu ilə qədər strategiyası var. Bütün federasiyalara da demişik, onlar da öz strategiyalarını bitirirlər. Hətta bəziləri bu prosesi başa çatdırıblar. Artıq futbolda da strategiyanı yazmağa başlayıblar. Strategiya ona görə vacibdir ki, nə istədiyimizi bilək”.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Dekabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri