Icma.az
close
up
RU
Futbolun kölgəsində ofsayda düşən idman növlərinin əsas problemi nədədir?

Futbolun kölgəsində ofsayda düşən idman növlərinin əsas problemi nədədir?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Anar Həsənov yazır...

İdman dünyasında "bərabərlik" deyilən anlayış çox vaxt yalnız kağız üzərində qalır. Əslində isə idman növləri arasında böyük bir uçurum var. Bir tərəfdə, milyonlarla izləyicisi, milyardlarla dövriyyəsi olan futbol, o biri tərəfdə isə, auditoriyasını çətinliklə toplayan, az büdcə, az sponsor, az media dəstəyi ilə nəfəs alan digər idman növləri: boks, cüdo, güləş, həndbol və sairə.

Əslində sual sadədir: Niyə bu idman növləri heç vaxt futbol qədər populyar olmurlar?

Futbolun əsas üstünlüklərindən biri onun universal olmasıdır. Topu qapıya vurmaq kimi sadə qaydalarla bütün dünyaya yayılmış bu oyun, hər yaşdan və təbəqədən insanın başa düşə biləcəyi qədər əlçatan və intuitivdir. Güləşdə, ya da cüdoda qaydaları anlamadan bir döyüşü izləmək çətindir. Həndbol isə məktəb idmanından kənara çıxmağa macal tapmır.

Yəni bu idman növləri ya mürəkkəbdir, ya da kifayət qədər vizual cazibəyə malik deyillər. Sadə dillə desək, "asan izlənilən" deyillər.

Televiziya və media marağı

Futbolun üstünlüyü yalnız oyun qaydalarında deyil. Media baxımından da əlverişli məhsuldur. Bir futbol matçı həm texniki baxımdan, həm də kommersiya baxımından televiziyalarda yayım üçün ideal kontentdir. Qlobal turnirlər, liqalar, ulduz oyunçular, transfer bazarı... Bütün bunlar futbolu bir ticarət sisteminə çevirir. Digər idman növləri isə bu mexanizmi ya tam qura bilməyib, ya da maraq dairəsinə daxil olmayıblar.

Azərbaycan kontekstində isə televiziyalar güləşi, cüdonu yalnız Avropa və dünya çempionatları zamanı yada salırlar. Futbol isə, hətta heç nə olmadığı zaman da xəbər mövzusudur.

Ən böyük problem: Sponsorluq və investisiya

Əlbəttə, sponsor üçün də baxış sayı önəmlidir. Heç bir marka görünmədiyi arenaya pul yatırmaz. Bu səbəbdən, güləş üzrə dünya çempionu belə çox vaxt həyatını idmandan kənar peşə ilə qazanmağa məcbur qalır. Futbolçu isə uşaq yaşından gəlirli müqavilələrlə yoluna davam edir. Ədalətsizdir? Ola bilər. Amma bu reallıqdır.

Dövlət dəstəyi yetərlidirmi?

Ədalət naminə qeyd etməliyik ki, Azərbaycanda fərdi idman növlərinə dövlət dəstəyi az deyil! Cüdo və güləş kimi sahələrdə beynəlxalq uğurlar bunu sübut edir. Amma uğurun populyarlıq gətirmədiyi də ortadadır. Yəni dövlət dəstəyi nəticə verir, amma bu nəticə geniş auditoriyaya ötürülə bilmir.

Ulduz çatışmazlığı

Futbolun öz ulduzlarını yaratmaq gücü var. Messi, Ronaldu, Mbappe kimi adlar sadəcə idmançı deyil, eyni zamanda brend, ilham və bazar məhsuludur. Güləşdə bir Həsrət Cəfərov, ya da cüdoda bir Hidayət Heydərov bu ölçüyə çata bilmirlər. Yoxsa keyfiyyətləri çatmır? Əsla! Sadəcə olaraq bu idman növləri ulduz "istehsalı" üçün uyğun sistemə malik deyillər.

Nəticə olaraq isə düşünə bilərik ki, futbolun kölgəsində qalan idman növləri sırf performansa görə deyil, sistemə görə geridə qalırlar. Bu, həm sponsor münasibətləri, həm də cəmiyyətin gündəlik həyatında futbolun tutduğu yerin nəticəsidir. Dəyişmək mümkündürmü? Bəli. Amma bu, yalnız uğurlu nəticə ilə yox, həm də davamlı tanıtım və doğru qurulmuş mexanizmlərlə mümkündür.

Əks halda, futbol oynanarkən digər idman növləri səssizcə bir küncdə qalacaqlar...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 İyul 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri