Icma.az
close
up
RU
G7 qrupu BEA ilə birlikdə enerji təchizatı risklərini aradan qaldıracağını bəyan edib

G7 qrupu BEA ilə birlikdə enerji təchizatı risklərini aradan qaldıracağını bəyan edib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 11 mart, AZƏRTAC

Çərşənbə günü verilən açıqlamaya görə, G7 qrupunun enerji nazirləri Yaxın Şərqdəki münaqişədən qaynaqlanan qlobal enerji təchizatına qarşı riskləri aradan qaldırmaq üçün Beynəlxalq Enerji Agentliyi (BEA) ilə əlaqələndirilmiş şəkildə bütün zəruri tədbirləri görməyə hazır olduqlarını bildiriblər.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, onlar bu açıqlamanı çərşənbə axşamı BEA-ya rəhbərlik edən türkiyəli iqtisadçı Fatih Birol ilə regional böhranın qlobal enerji bazarlarına təsirini qiymətləndirmək üçün virtual görüş keçirdikdən sonra veriblər.

Birgə Kommünike qrupa üzv ölkələrdə və qlobal miqyasda neft və qaz təchizatı təhlükəsizliyini, eləcə də enerji qiymətlərinin dəyişkənliyini yaxından izlədiyini bildirib. Nazirlər qeyd ediblər ki, BEA ilə birlikdə enerji bazarı tendensiyalar diqqətlə izlənilir, hərəkətlər G7 daxilində və beynəlxalq tərəfdaşlarla əlaqələndirilir.

G7, həmçinin strateji ehtiyatların mümkün istifadəsi də daxil olmaqla potensial pozuntuların aradan qaldırılması üçün proaktiv addımları dəstəklədiyini bildirib.

Müzakirələrlə tanış olan bir mənbənin sözlərinə görə, BEA G7 qrupuna üzv ölkələrdə saxlanılan strateji ehtiyatlardan təxminən 300 milyondan 400 milyon barelə qədərinin koordinasiyalı şəkildə azad edilməsini təklif edib. Təsdiqlənərsə, bu addım BEA-nın tarixində ən böyük təcili neft buraxılışı olacaq.

Enerji nazirləri, həmçinin üzv dövlətlərin müzakirələrdən irəli gələn tövsiyələri diqqətlə nəzərdən keçirəcəklərini və lazım gələrsə, hərəkətə keçməyə hazır olduqlarını bildiriblər.

Kommünikedə deyilir: “Biz BEA üzvləri ilə əlaqələndirilmiş şəkildə bütün zəruri tədbirləri görməyə hazır olmağa razılaşdıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri