Icma.az
close
up
RU
Gələn həftə bürcləri nələr gözləyir? Yeni müqavilələr, gərginlik və eşq...

Gələn həftə bürcləri nələr gözləyir? Yeni müqavilələr, gərginlik və eşq...

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli astroloq Filiz Özkol növbəti həftə üçün bürc proqnozlarını açıqlayıb.

Ölkə.Az xəbər verir ki, gələn həftə bəzi bürclər gücünün fərqinə varacaq, bəziləri isə əsəblərini cilovlmalı olacaq.

Odur ki, bir həftəlik proqnozu təqdim edirik:

Qoç

Seçimləriniz önəmlidir

Bir çoxunuz gözlədiyiniz fürsətləri ələ keçirəcəksiniz. Dərhal hərəkətə keçmək üçün bu həftə vacib görüşlər təşkil etməyə çalışın. Kiçik yazışmalarla özünüzü göstərəcəksiniz. Bəziləriniz qardaşlarla əməkdaşlıq edəcək. Həm əylənəcəyiniz, həm də biliklərinizi genişləndirə biləcəyiniz bir mühit tapacaqsınız. Sizin üçün önəmli olacaq insanlarla görüşəcəksiniz. İş həyatınızda sizi gərgin günlər gözləyir. Sürprizlərə hazır olun.

Buğa

Çox çalışacaqsınız

Sizə maddi dəstək verənlər daha cəlbedici görünəcəklər. Qarşılaşdığınız insanların ağlı və zəkasından da təsirlənəcəksiniz, yaxın dostlarınızla yeni bir quruluş içərisində olacaqsınız. Fərqli fikirləri olan insanları bir araya gətirə bilərsiniz. Mars rabitə evinizdə son dövrünü yaşayır. İdeallarınızla bağlı rasional qərarlar verəcəyiniz günlər yaşayacaqsınız. Özünüzdən və ideyalarınızdan əmin olacaqsınız. Uzun səfərlər üçün planlarınızı həyata keçirə bilərsiniz. Öyrənmə instinktiniz kifayət qədər yüksəkdir.

Əkizlər

Enerjiniz superdir

Bu həftə ikitərəfli münasibətləriniz ön plana çıxır. Mübahisə yox, kompromis seçməlisiniz. Bəzi anlaşılmazlıqlar münasibətlərinizi korlayacaq. Sizinlə fərqli düşüncələri olan insanlardan uzaq durmağa çalışın. Səhv başa düşüldüyünüz vəziyyətlər gündəmə gələ bilər. Zehni gücünüz kifayət qədər yüksəkdir. Karyeranızla bağlı qarşılaşdığınız insanlardan faydalanacaqsınız. Hər şeyə rəğmən seçimlərinizi ağıllı şəkildə etməlisiniz.

Xərçəng

Ağıllı və güclü olacaqsınız

Qarşılaşacağınız insanlarda yüksək dəyərlər axtaracaqsınız. Eşq həyatınızda xoşbəxtlik olacaq və hər şey müsbət istiqamətdə irəliləməyə başlayacaq. Artıq sosial məsələlərə daha sağlam yanaşacaqsınız. Yavaş və ehtiyatla irəliləyərək sosial hədəflərinizə çatacaqsınız. Ağıllı və güclü insanlarla tanış ola, birlikdə məntiqli addımlar ata bilərsiniz. Gəlir mənbələriniz artacaq. Bu günlərdə maliyyə risklərinə getməyiniz mümkündür.

Şir

Gücünüz heyrətamizdir

İstədiyiniz gücə sahib olacaqsınız. Şişirdilmiş davranış nümayiş etdirə bilərsiniz. Hadisələri rasional və emosiyalarınıza qapılmadan dəyərləndirməlisiniz. Davam edən və sizin üçün gözəl və xüsusi olan bir vəziyyətiniz varsa, ona olan həvəsiniz zirvədə olacaq. Daxilinizdə gərginlik hiss edəcəksiniz. Hadisələr haqqında aydın düşüncəniz ətrafınızdakılarda şok effekti yarada bilər. Mübahisələrdən və güc mübarizəsindən qaçın. Bilməlisiniz ki, kobud güc sizə mənfilər gətirə bilər.

Qız

Hər şeyi sorğulayırsınız

Bəzi münasibətlərinizi yenidən sorğulayacaqsınız. Ətrafınızdakı intellektual fəaliyyətlərdə iştirak etməklə yanaşı, bədii tamaşalara da maraq göstərəcəksiniz. Yenə də bu dövrdə özünüzlə bağlı tələsik qərarlar verməməli və sizdən yaşlı insanlarla problem yaşamaqdan çəkinməlisiniz. Ətrafınızdakılardan gələ biləcək yeni fikirlərə qapalı olsanız da, işinizlə bağlı bəzi məsələlərdə ailə təzyiqinə məruz qala bilərsiniz. Mühüm müqavilələr bağlamaq üçün xüsusi imkanlarınız olacaq.

Tərəzi

Eşqə hazırsınız

Səyahətləriniz zamanı tanış olduğunuz insanlarla emosional münasibətlər qura bilərsiniz. İştirak etdiyiniz tədbirlərdə yaxınlaşmalara və qısa sürəcək macəraların yaşanmamasına diqqət edin. Səhv başa düşülməmək üçün diqqətli olun, yolunda gedən işlərinizə problem yaratmayın. Yığılıb qalan işlərinizi qaydasına salmağınız üçün sizə verilən fürsəti qiymətləndirin. Başladığınız işi bu dövrdə bitirə bilərsiniz. İşinizi yaxşı izləyərək davranışlarınızı nizam içərisində davam etdirəcəksiniz. 

Əqrəb

Qərarlı və iddialısınız

Eşq həyatınızı cismaniliklə birləşdirəcəksiniz. Maddi cəhətdən təhlükəsiz mühitlərdən alacağınız dəstəklə azadlığınızı gücləndirəcəksiniz. Dostluqların güclənəcəyi və sizi müsbət yönləndirəcək enerjilər alacağınız bir dövrdəsiniz. Güclü insanların dəstəyini hiss edəcəksiniz və onlarla münasibətlərinizi müsbət tutmağı bacaracaqsınız. Bu həftə arzularınızın sərhədləri yüksəkdir. Tələblərinizin artması məsuliyyət duyğunuzu artıracaq və bunu ön plana çıxaracaq işlər görəcəksiniz.

Oxatan

Praktik və ağıllısınız 

Qarşılıqlı ünsiyyət və özünü ifadə etmək bacarığı ikitərəfli münasibətlərinizdə əhəmiyyət qazanır. Önəmsiz məsələlərdə partnyorunuzla inadkarlıq edərək, lazımsız inciklik yaratmayın. Praktik davranışınızla bir çox insanı qabaqlaya bilərsiniz. Şəxsi münasibətlərinizdə rəqabət mühiti yaradacaqsınız. Tələsgənliyiniz üzündən incimək istəmirsinizsə, diqqətli olmalısınız. İçində olduğunuz mühitlərdə sizi fərq etmələrini gözləmədən irəli atılacaqsınız. Sevdiyiniz işi praktik həyata keçirəcəksiniz.

Oğlaq

Ehtiraslarınız hər şeydən əvvəl gəlir

Münasibətləriniz ehtiraslı olacaq. Problemləri aradan qaldırmaq üçün enerjiniz olsa da, diqqətli olmalısınız. Bu həftə hədəflərinizə doğru tam sürətlə irəliləyəcəksiniz. Düşüncələrinizdə mübaliğələrdən qaçsanız, daha da müsbət nəticələr əldə edəcəksiniz. İnsanlar sizdən təsirləndikdə, müqavimət göstərə bilmirlər. Vəsvəsələriniz sizi narahat edə bilər. Dostlarınızın sirlərini gizli saxlamalı olacaqsınız.

Dolça

İşçi qüvvəniz əladır

Sevgi münasibətlərinizdə bəzi problemlərlə qarşılaşa bilərsiniz. İçinizdəki güclü xaos səbəbindən özünüzü ətrafınızdan təcrid etmək istəyəcəksiniz. Siz gözəl və zərif şeyləri sevirsiniz. Sevdiklərinizlə quracağınız sevgi bağları əhəmiyyətli olacaq. İş şəraitiniz getdikcə güclənir. Bu arada şansınız da artır. Yeni təşəbbüslər üçün özünüzü cəsarətli hiss edirsiniz. Bir çox insanın diqqəti sizin üzərinizdə olacaq. Ağıllı insanlarla danışmağı xoşlayırsınız. Siz də onların fərqli fikirlərindən təsirlənəcəksiniz.

Balıq

Dəyişiklik vəziyyətindəsiniz

Sizi yeni sosial dairələrdə yeni dostluqlar gözləyir. Bu həftə maraqlı və fərqli ideyalara açıq olmalısınız. Ümumiyyətlə, varlı insanların yanında olacaqsınız. Yüksək intuisiyanız sayəsində fərqli cəhətləriniz dostlarınız arasında diqqəti cəlb edəcək. Daimi dəyişiklik və hərəkətli bir həyata üstünlük verəcəksiniz. Bu, enerjinizin çox yüksək olacağı dövrdür. Ön planda olacağınız qrup fəaliyyətlərində diqqət çəkəcəksiniz. Bu yaxşı münasibətlərdə olmaq sizə üstünlüklər gətirəcək.

Billurə 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Fevral 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see229

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see122

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see121

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see118

Duma Ukrayna ilə danışıqları mümkün dondurulmasını müzakirə edib...

06 Dekabr 2025 05:28see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri