Gəlinini 24 bıçaq zərbəsi ilə öldürən şəxsə hökm oxundu
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Gəncə Ağır Cinayətlər Məhkəməsində gəlinini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini, 1990-cı il təvəllüdlü Hafizə Rzayeva yaşadığı evdə öldürülüb.
İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Ş.Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ş.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Məlumata görə, Ş.Hüseynov H.Hüseynovanı 24 bıçaq zərbəsi ilə qətlə yetirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 22 Sentyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















