Icma.az
close
up
RU
Gənc alim: BDU da başladığım tədqiqatları İtaliyanın Milli Nüvə Fizikası İnstitutunda davam etdirdim MÜSAHİBƏ

Gənc alim: BDU da başladığım tədqiqatları İtaliyanın Milli Nüvə Fizikası İnstitutunda davam etdirdim MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 fevral, Gözəl Ağayeva, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) “İlin gənc alimi” müsabiqəsində təbiət, dəqiq və texnika elmləri üzrə ən yüksək nəticəni Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Lalə Qəhrəmanlı göstərib. O, həm də BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisidir. Gənc alim AZƏRTAC-a müsahibəsində bu müsabiqə haqqında, eyni zamanda, elmi fəaliyyəti barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.

- Lalə xanım, Siz BDU-nun keçirdiyi müsabiqədə ən yüksək nəticə göstərərək “İlin gənc alimi” seçilmisiniz. Müsabiqəyə təqdim etdiyiniz iş barədə məlumat verərdiniz.

- Əvvəlcə onu deyim ki, “İlin gənc alimi” müsabiqəsi 2020-ci ildən etibarən Bakı Dövlət Universitetində hər il keçirilir və 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunur. Bu müsabiqə iki istiqamət üzrə nominasiya elan edir. Birinci istiqamət təbiət, dəqiq və texnika elmləri, ikinci istiqamət humanitar və ictimai elmləri əhatə edir. Mən müsabiqədə dəqiq elmlər üzrə iştirak etdim. Müsabiqədə qiymətləndirmə 10 meyar əsasında və hər meyar üzrə xüsusi bal verilməklə aparılıb. Həmin meyarlar sırasına il ərzində beynəlxalq indeksə malik Q1, Q2, Q3, Q4 kateqoriyalı jurnallarda dərc etdirdiyimiz məqalələr, sənaye üçün faydalı model, iştirak etdiyimiz yerli və beynəlxalq konfranslar, tədrislə bağlı fəaliyyət və digər istiqamətlər daxildir. Mənim də Q1 kateqoriyalı jurnalda 5 məqaləm, Q2 kateqoriyalı jurnalda 5 məqaləm, Q3 kateqoriyalı jurnalda 3 məqaləm çap edilmişdi ki, bütün bu göstəriciləri müsabiqəyə təqdim etmişdim. Müsabiqənin 12 iştirakçısı arasından yekun olaraq qalib seçildim. Onu da qeyd edim ki, mən son üç il ərzində bu müsabiqədə “İlin gənc alimi” nominasiyası üzrə ardıcıl olaraq qalib seçilmişəm. Gənclərin motivasiya olunmaları, elmi fəaliyyətlərinin qiymətləndirilməsi istiqamətində atılan bu addıma görə universitet rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.

-Nanotexnologiyaya maraq sizdə haradan yaranıb?

-Bakı Dövlət Universitetinin Fizika fakültəsində bakalavriat təhsili aldığım zaman fənlər arasında nanotexnologiya diqqətimi çəkməyə başladı. Digər tərəfdən, universitetimizdə Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzi var idi. Hələ tələbəlik dövrümdə bu Mərkəzin elmi-texniki bazası ilə tanış olmuşdum. Eyni zamanda, bu sahə üzrə bizə tədris edilən mövzular, oxuduğum dərs vəsaitləri, tanış olduğum tədqiqatlar zamanı nanohissəciklərin - kiçikölçülü bu hissəciklərin öz analoqlarından fərqlənmə xüsusiyyətləri, onların xassələrini istənilən cür variasiya edə biləcəyimiz və bununla da onların tətbiq perspektivlərini genişləndirə bilmək imkanı marağımı çəkdi və qərara aldım ki, öz təhsilimi bu sahə üzrə davam etdirim. Magistratura təhsilimi də BDU-da aldım. 2022-ci ildə isə nanoquruluşların fizikası və texnologiyası ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru dərəcəsini aldım. Daha sonra İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Fraskati laboratoriyasında araşdırma apardım; yəni Azərbaycanda başladığım tədqiqatlarımı İtaliyada davam etdirdim. Bütün bunların nəticəsində möhkəm qurulmuş elmi əlaqələrimiz mövcuddur. Onlarla birgə konfransların təşkilini həyata keçiririk, həm onlar buraya dəvət olunmuş məruzəçi kimi gəlirlər, həm də biz orada təşkil olunmuş beynəlxalq konfranslarda dəvət olunmuş məruzəçi kimi çıxış edirik.

- Baş müəllim kimi fəaliyyət göstərdiyiniz Nanomaterialların kimyəvi fizikası kafedrasında hansı tədqiqatlar aparılır?

- Kafedramız Nanoardırmalar laboratoriyası ilə birgə elmi-tədqiqat işləri həyata keçirir. Bu tədqiqatlar sırasında həm sensor texnologiyası, həm supertutuma malik materiallar, eyni zamanda, onların fiziki-kimyəvi xassələrinin, morfologiyasının araşdırılması ilə yanaşı, tətbiq perspektivləri qiymətləndirilir. Hazırda laboratoriyada mənim rəhbəri olduğum qrup triboelektriknanogeneratorlar – mexaniki və ya biomexaniki enerjinin elektrik enerjisinə konsertasiyası istiqamətində işlər həyata keçirir. Bu istiqamətdə konkret layihələr reallaşdırırıq. Həmin layihələr KOBİA-nın elan etdiyi qrant müsabiqələrinin dəfələrlə qalibi olub, həmçinin beynəlxalq səviyyədə qəbul olunub. Eyni zamanda, supertutumlara aid, məsələn, karbon əsaslı materiallarla - qrafen, qrafen oksidlə işləyirik ki, bunlar supertutumların və sensor texnologiyasının istifadəsində geniş perspektivlərə malikdir. Biz konkret olaraq onlar üçün nəticələr əldə etmişik. Məsələn, qrafen əsaslı materialların biosensorlar kimi tətbiqi həm İtaliyadan, həm də Almaniyadan olan həmkarlarımızla birgə tədqiqatlarımızın nəticəsidir ki, onların səmərəliliyinin konkret qiymətləndirməsi işlərini birgə həyata keçiririk. Cari olaraq laboratoriya şəraitindən başlayan sintez mərhələsi öz tətbiq sahələrini tapır.

Yeri gəlmişkən, mən bu il aldığımız patentdən də danışmaq istərdim. Bu il hüquqları Bakı Dövlət Universitetinə məxsus olmaqla, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının rəhbəri Mustafa Muradovun və mənim müəllifliyim ilə birgə çirkab sularının təmizlənməsinə aid gümüş nanonaqillər əsasında fotodeqradasiya üsulu adlı sənaye üçün faydalı model yaratmışıq. Apardığımız bu tədqiqat konkret nəticələr göstərmişdir və buna görə biz patent almışıq. Məlumdur ki, sənayedə bir çox boyaq maddələrinin, üzvi maddələrin suya axıdılması nəticəsində su çirklənir, nəticədə su ehtiyatımız azalır. Bu zaman suyu effektiv şəkildə təmizləmək zərurəti yaranır. Bizim apardığımız araşdırma ilə 98 faiz təmizləmə dərəcəsi əldə edə bilmişik.

- Elmi biliklərinizi, təcrübənizi gənc həmkarlarınızla necə bölüşürsünüz?

- Bizdə hər həftə həm tələbələr, həm də əməkdaşlar üçün seminarlar təşkil edilir. Əməkdaşlar məşğul olduqları sahələr üzrə apardıqları tədqiqatlar barədə, eləcədə dünyada bu istiqamətdə olan yeniliklər haqqında məlumat verirlər. Həmin seminarlarda tələbələr də öz tədqiqat sahələri, yaxud onlara verilmiş tapşırıq əsasında apardıqları araşdırmalar, eləcə də universitet tərəfindən həyata keçirilən tədqiqatlar barədə çıxışlar edir, fikirlərini söyləyirlər. Beləliklə, tələbələr həm həvəsləndirilir, həm də istiqamətləndirilir. Biz onlara hansı sahələrdə necə yanaşma formasını izah edir, məsləhətlərimizi mütəmadi olaraq veririk.

- Fikrimcə, gənc alimlərin xarici ölkələrdən olan həmkarları ilə əməkdaşlığı vacib istiqamətlərdəndir. Bu barədə sizin çalışdığınız kafedrada və ya fakültədə hansı işlər görülür, yaxud birgə tədqiqatlar aparılır?

- Bizim laboratoriyanın geniş beynəlxalq əlaqələri mövcuddur. Əsasən Türkiyə ilə, həmçinin İtaliyanın, Almaniyanın elmi-tədqiqat müəssisələri ilə əlaqələrimiz var. Bu əlaqələr bizim dərc etdirdiyimiz məqalələrdən açıq-aydın görünür. Bir neçə universitet olaraq birgə tədqiqatlar həyata keçiririk. Layihələr çərçivəsində qısamüddətli ezamiyyətə gedirik, həmin ölkələrdə tədqiqat işlərimizi davam etdiririk, birgə araşdırmalar aparırıq. Bununla da dünyanın qabaqcıl universitetləri ilə həm bilik mübadiləsini, həm də texnologiya transferini həyata keçirmək mümkün olur.

- Xarici ölkələrdən olan həmkarlarınız BDU-da aparılan tədqiqatları necə qiymətləndirir?

-İstər Bakı Dövlət Universitetində olan təhsil və tədqiqat imkanları, istərsə də gənclərin həvəsi, apardığı tədqiqat işləri dünyanın digər universitetlərindən heç də geri qalmır. Məsələn, layihəyə başlayanda tədqiqatın təməl hissəsi universitetimizdə həyata keçirilir. Nəinki universitetimizdə elmi-tədqiqat aparan gənclər, ümumilikdə, Azərbaycan gəncləri daha çox çalışqandırlar. Onlar elmdə çox əmək sərf edən, səy göstərən, öz üzərində işləyən gənclərdir. Əgər bizim doktorantlarımız hər hansı beynəlxalq konfransda yüksəkixtisaslı mütəxəssislərin qarşısında şifahi şəkildə xarici dildə öz apardığı tədqiqatı səlis təqdimat edə bilirsə və həmin tədqiqatlar maraqla qarşılanırsa, bu, böyük bir göstəricidir.

- Öz tədqiqat sahəniz üzrə nələri hədəfləyirsiniz?

- Mən artıq elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olmuşam. Hazırda karbonun modifikasiyaları, quruluşu, müvafiq tətbiq sahələrinin öyrənilməsi üzrə araşdırmalar aparıram. Tədqiqat apardığım əsas sahə qrafendir. Bu, elektronikanın əsasını təşkil edir. Bu birləşmələrin çirkab suların təmizlənməsində, yaşıl texnologiyalarda, bərpaolunan enerji istiqamətində geniş tətbiq edilməsi imkanları mövcuddur. Bunlar karbon qazı emissiyasının azaldılması baxımından ekologiyaya çox müsbət təsirə malikdir. Hazırda bu istiqamət üzrə araşdırmalarımı davam etdirirəm.

- Gənclərə tövsiyəniz nədir?

- Tövsiyəm odur ki, gənclər apardıqları tədqiqat zamanı daim çalışsınlar. Bir dəfə uğursuz olanda ruhdan düşməsinlər, öz üzərlərində işləsinlər. Mütləq davamlılıq nəticəsində mütləq uğur var, dayanmaq bütün ümidlərin bitdiyi yerdir. Onlar davamlı olaraq fəaliyyət göstərtərdikləri halda mütləq nəticə əldə edəcəklər. Onu da deyim ki, biz çox yaxşı bir elmi məktəbə düşmüşük. Bizim rəhbərimiz çox yaxşı olub. Həm magistratura, həm doktorantura rəhbərim eyni olub. O heç vaxt bizim ruhdan düşməyə qoymayıb. Biz də ondan nümunə götürərək, gənc nəslə eyni motivasiyanı verməyə çalışırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see133

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see132

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see127

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see127

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see125

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see121

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see120

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see120

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see120

Türkiyə Superliqası: Qalatasaray 3 xalı 2 qolla qazandı

11 Aprel 2025 23:08see119

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see117

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see117

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see114

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see114

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see113

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see112

BANK KARTLARINDANKI PULLARIMIZ NECƏ OĞURLANIR? Ekspert şok detalları AÇIQLADI

11 Aprel 2025 16:22see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri