Icma.az
close
up
RU
“Revanşist qüvvələrin Ermənistanda mövqelərini bərpa cəhdi uğursuz olacaq Elçin Mirzəbəyli

“Revanşist qüvvələrin Ermənistanda mövqelərini bərpa cəhdi uğursuz olacaq Elçin Mirzəbəyli

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanda keçirilən aksiyalarda yalnız xarici amillər rol oynamır. Eyni zamanda daxili proseslərdə kilsə, müharibə cinayətkarları və revanşist qüvvələr də öz korporativ maraqları uğrunda mübarizə aparırlar”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib:

“Azərbaycanın qələbəsi və suverenliyinin bərpası regionda yalnız ənənəvi geosiyasi paradiqmaları alt-üst etmədi, eyni zamanda işğal faktoru üzərindən həyatlarını quran və bu prosesi siyasi al-ver predmetinə çevirən şəbəkələrin beynəlxalq təşkilatlardan vəsait qopardılmasına xidmət edən fəaliyyətlərini də ifşa etdi, nəticədə həmin şəbəkənin bel sütunu sarsıldı.

Revanşistlər də nəticə etibarilə bu prosesin tərkib hissəsidir. “Böyük Ermənistan” ideyası, Azərbaycanın torpaqlarının işğalı üzərində qurulmuş digər saxta ideologiyalar artıq alt-üst olub, miflər dağılıb. Erməni əsgərinin məğlubedilməzliyi və erməni xalqının böyüklüyü kimi miflər də Azərbaycanın siyasəti nəticəsində tamamilə darmadağın edilib. Həmin şəxslər, cənab Prezidentin də qeyd etdiyi kimi, artıq yaxalarında “dəmir qırıntılarını” daşımağa belə utanırlar”.

O, qeyd edib ki, kilsə isə Ermənistanda saxta ideologiyanın əsasında dayanan xarici maraqları ifadə edən, faktik olaraq canişin rolunu yerinə yetirən bir missiya həyata keçirir.

“Regiondakı pozucu fəaliyyəti təkcə son dövrlərlə bağlı deyil. Bütün erməni terrorçu təşkilatlarının formalaşmasında və yaranmasında açıq şəkildə iştirak edib. Təkcə Ermənistanda deyil, eyni zamanda Beyrut və Livandakı mərkəzlər də bu missiyanı həyata keçirib.

Artıq bu missiya alt-üst olub və dağıdılıb. Hazırda Ermənistanda baş verənlər revanşist qüvvələrin ənənəvi olaraq mövqelərini bərpa etməyə çalışmasının son çırpıntılarıdır və nəticə etibarilə heç bir effektiv nəticə verməyəcək”-deyə deputat əlavə edib.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri