Gənc daşnaklar Vaşinqtonda Nikola qarşı etiraz aksiyası keçirdi
Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.
Baş nazir Nikol Paşinyanın Vaşinqtona səfəri zamanı ABŞ-dakı ermənilər etiraz aksiyası keçirib.
AzNews.az İrəvan mediasına istinadən xəbər verir ki, bu barədə Daşnaksütyun partiyasının gənclər qolu olan Ermənistan Gənclər Federasiyası (AYF) məlumat yayıb.
Gənc daşnaklar Ermənistan səfirliyinin divarına “Paşinyan erməniləri məğlubiyyətə düçar etdi” yazılmış plakat asıblar.
"Paşinyan sabah Vaşinqtona səfər etməyi planlaşdırır və biz ona bütün cəbhələrdə uğursuz olduğunu xatırlatmaq üçün buradayıq", - təşkilatın bəyanatında deyilir.
Ermənistanın baş naziri fevralın 3-dən 7-dək Vaşinqtonda işgüzar səfərdədir. Fevralın 1-də KİV-də ermənilərin ABŞ-da Paşinyanın gəlişi ilə bağlı etiraz aksiyaları təşkil etmək planları barədə məlumat yayılıb.
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 03 Fevral 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















