Icma.az
close
up
RU
Gənc istedad niyə kölgədə qaldı? Bardji planlardan uzaq düşür

Gənc istedad niyə kölgədə qaldı? Bardji planlardan uzaq düşür

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Barselona" klubunun futbolçusu Runi Bardji Kataloniya nəhəngində əsas planlardan kənarda qalmağa başlayıb.

İdman.Biz xəbər verir ki, Avropanın ən perspektivli gənc hücumçularından sayılan isveçli oyunçu komandanın sıx qrafikinə baxmayaraq, baş məşqçi Hansi Flikin taktiki quruluşunda özünü artıq seçim kimi görmür. Rəqəmlər də bunu təsdiqləyir. 20 yaşlı futbolçu ilin əvvəlindən "Barselona"nın keçirdiyi 12 oyunun cəmi beşində meydana çıxıb. Ümumi 500 dəqiqəlik oyun vaxtının yalnız 160 dəqiqəsi ona qismət olub.

Bu, mövsüm ərzində ilk belə hal deyil. Noyabrın 9-dan dekabrın 2-dək olan müddətdə Bardji "Selta Viqo", "Atletik", "Çelsi", "Alaves" və "Atletiko Madrid"lə görüşlərdə ümumiyyətlə şans qazanmayıb. Daha sonra qısa müddət rotasiyaya qayıtsa da, bu dinamika yenidən itib.

Meydana çıxdığı hallarda da əsasən epizodik rol alıb. "Real Oviedo" və "Malyorka" ilə son matçlarda hər görüşdə on dəqiqədən bir qədər artıq oynayıb və daha çox vaxtı doldurmaq üçün istifadə olunan variant təsiri bağışlayıb. Komandanın hazırkı mərhələdə hər oyuna final kimi yanaşması isə gənc futbolçunun vəziyyətini daha da çətinləşdirir.

Bardjinin qarşısındakı əsas maneə Lamin Yamalın sürətli yüksəlişidir. Sağ cinahda dəyişilməz fiqura çevrilən ispaniyalı demək olar ki, istirahət etmir və hətta kubok matçlarında belə start heyətində yer alır. Yamal bu tempdə davam etdikcə, isveçli futbolçunun əsas heyətə düşmək şansı minimuma enir.

Daxili rəqabətlə yanaşı, klubun transfer bazarındakı planları da vəziyyəti mürəkkəbləşdirir. "Barselona"nın hücum xəttini ulduz futbolçularla gücləndirmək istəyi barədə xəbərlər mütəmadi yayılır. Məsələn, "Atletiko Madrid"in prezidenti Enrike Serezo Xulian Alvareslə bağlı şayiələrə münasibət bildirərək futbolçunun klubunda xoşbəxt olduğunu və rəsmi müraciət almadıqlarını deyib.

Bu fonda Bardjinin işi aydındır: ona verilən az dəqiqələrdə özünü vazkeçilməz etməlidir. Əks halda, kənarda qalmaq onun Kataloniya karyerasının daimi hissəsinə çevrilə bilər.

Flik isə rotasiyanın azlığına görə tənqid olunur. Kubok yarımfinalında ağır məğlubiyyətdən sonra alman mütəxəssis seçimlərini müdafiə edərək komandanın daha yaxşı oynamalı olduğunu vurğulayıb. Lakin çətin məqamlarda belə Bardjiyə müraciət etməməsi baş məşqçinin futbolçunun hazırkı durumuna tam güvənmədiyini göstərir.

Beləliklə, gənc istedad üçün vəzifə sadə, amma çətindir: qısa şansları maksimum dəyərləndirmək və yenidən planların mərkəzinə qayıtmaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Fevral 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri