Peşəkar Çövkən Liqasına yekun vurulub
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Noyabrın 21-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasının son turunun oyunları və mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə, mərasimə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri və övladları fəxri qonaq qismində dəvət olunublar.
Əvvəlcə Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə konsert proqramı təqdim olunub, daha sonra liqanın yekun qarşılaşmaları baş tutub.
Günün qarşılaşmasında “Sərhədçi” və “Elite” komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Elite” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Yekun xal cədvəlinə əsasən, “Sərhədçi” komandası topladığı xalların üstünlüyü ilə Peşəkar Çövkən Liqasının çempionu olub, “Elite” komandası 2-ci, “Polad” komandası isə 3-cü yeri tutub.
Oyunlardan sonra keçirilən mükafatlandırma mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev liqanın oyunlarını idarə edən hakimlərə diplomlar təqdim edib.
Turnirin qalibləri və mükafatçıları müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif edilib, liqanın kuboku çempion “Sərhədçi” komandasının kapitanına təqdim olunub.
Mərasimin sonunda qaliblər və mükafatçılarla xatirə fotoşəkli çəkdirilib.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 21 Noyabr 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















