Kalininqrada gedən Rusiyanın yük gəmisinə zərbə endirildi
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Baltik dənizi sahilindəki Kalininqrad vilayətinə gedən “Sparta II” adlı yük gəmisi Finlandiya körfəzinin beynəlxalq sularında iki pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Hadisə nəticəsində gəmidə zədələnmə və yanğın baş verib.
Bizim.Media haberler.com-a istinadən xəbər verir ki, hücum Rusiyanın sahillərindən təxminən 3 dəniz mili məsafədə, Qoqland adası yaxınlığında baş verib.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ekipajın təxliyəsinə ehtiyac olmadığını və vəziyyətin nəzarət altında olduğunu bildirib.
Finlandiya Müdafiə Nazirliyi mülki əhalinin təhlükəsizliyini təmin etmək və zərurət yaranarsa PUA-lara müdaxilə etmək məqsədilə ərazidə dəniz və hava hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Finlandiyanın Baş naziri Petteri Orpo hadisə ilə bağlı ölkə rəsmilərinin araşdırma apardığını bildirib və Ukraynanın ona hücum edən tərəfə qarşı mübarizə aparmaq hüququna malik olduğunu vurğulayıb.
Estoniya polisi və sərhəd mühafizə qüvvələri isə gəmidə partlayışlar baş verdiyinə dair məlumat aldıqlarını açıqlayıb. İsveçin Baş naziri Ulf Kristersson da hadisəni izlədiklərini və Finlandiyaya yardım təklif etdiklərini bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 21 Noyabr 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















