Icma.az
close
up
RU
Gəncə Dövlət Filarmoniyasında “Qadınım” tamaşası nümayiş olunub

Gəncə Dövlət Filarmoniyasında “Qadınım” tamaşası nümayiş olunub

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının ifasında türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan “Qadınım” tamaşası nümayiş etdirilib.

Aznews.az xəbər verir ki, türk retro musiqilərinin canlı ifa olunduğu tamaşanın süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur.

Tamaşada Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak ediblər.

“Qadınım” tamaşasının quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.
Tamaşa Gəncə sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

seeBaxış sayı:15
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri