Gəncə Dövlət Universitetinin komandası regionda 1 ci oldu FOTO
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Dekabrın 24-də Mingəçevir Dövlət Universiteti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş region universitetləri arasında voleybol turniri keçirilib.
Modern.az xəbər verir ki, idman turnirində Mingəçevir Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının, Gəncə Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin akademik-inzibati heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov region universitetlərini bir araya gətirən bu turnirin ali təhsil müəssisələri arasında dostluq və əməkdaşlıq körpüsü olduğunu bildirib, Qəhrəmanın adını daşıyan bu yarışın gənclərin yaddaşında silinməz iz qoyacağını qeyd edərək, bütün komandalara uğurlar arzulayıb.
Çıxışlardan sonra turnirə start verilib. Birincilik uğrunda mübarizədə Mingəçevir Dövlət Universiteti, UNEC-in Zaqatala filialı, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin voleybol komandaları qarşılaşıblar.
Turnirin yekun nəticəsinə əsasən, Gəncə Dövlət Universitetinin komandası I yerin, Mingəçevir Dövlət Universitetinin komandası II yerin, UNEC-in Zaqatala filialının komandası III yerin, Azərbaycan Texnologiya Universitetinin komandası isə IV yerin sahibi olub.
Sonda Gəncə Dövlət Universitetinin qalib komandasına medal və diplomlar təqdim edilib.
Qeyd edək ki, idman turnirində qalib olan komandanın baş məşqçisi GDU İdman klubunun əməkdaşı Nigar Seyidovadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 25 Dekabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















