Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Gəncə Nizami sevgisi işığında

Gəncə Nizami sevgisi işığında

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Nizami Gəncəvi – 885

Şəhərin mədəni irsinin qorunması forumu dahi şairə yeni nəslin məhəbbətini nümayiş etdirdi

Hər payız Gəncəyə bir başqa gözəlliklə gəlir. Qədim küçələrə sarı yarpaqlar səpələnir, əsrlərin yaddaşını yaşadan abidələr payız günəşinin şəfəqlərinə bürünür. Bu şəhərdə payızın öz rəngi, nəfəsi var. Bir də əsrləri yarıb gələn ölməz Nizami işığı var.

Artıq neçə illərdir ki, hər payız gələndə dahi Nizami Gəncəvinin bu işığına yığışırıq. Onun ölməz sözünün ətrafında birləşir, poeziyasının hikmət dəryasına baş vurur, bəşəriyyətə bəxş etdiyi mənəvi sərvətin böyüklüyünü bir daha dərk edirik. Əsrlər keçir, nəsillər dəyişir, zaman öz hökmünü verir. Amma Nizami dühasının nuru nə solur, nə də azalır. Əksinə, hər yeni nəsillə birlikdə bu işıq daha uzaqlara yayılır.

Bu il Gəncənin payızı daha bir əlamətdar hadisə ilə yadda qaldı. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyi münasibətilə onun doğma şəhərində keçirilən “Gəncənin mədəni irsinin qorunması – gənclərin gözü ilə” adlı forum bir daha göstərdi ki, Nizami irsi yalnız keçmişin möhtəşəm yadigarı deyil, həm də gələcəyin mənəvi yol xəritəsidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin dəstəyi, Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə keçirilən forum öz məzmunu və qarşıya qoyduğu məqsədlərlə xüsusi əhəmiyyət daşıyırdı. Burada söhbət təkcə tarixi abidələrin, qədim tikililərin və maddi-mədəniyyət nümunələrinin qorunmasından getmirdi. Əslində, müzakirələrin mərkəzində bir xalqın yaddaşı, mənəvi kimliyi, keçmişə sədaqəti və gələcək qarşısında məsuliyyəti dayanırdı.

Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət, Gənclər və İdman idarələrinin, Gəncə Regional Turizm Agentliyinin, AMEA Gəncə Bölməsinin, Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Dövlət Regional Kollecinin və Etno Miras Araşdırma və Tədqiqat Mərkəzinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Forum çərçivəsində gənclərin təqdim etdikləri rəqs kompozisiyaları nümayiş olunub. Milli mədəniyyətimizin zənginliyi, xalqımızın sənət duyumu və qədim ənənələrimizin gözəlliyi bu çıxışlarda öz əksini tapıb.

Ardınca keçirilən panel müzakirəsində Gəncənin tarixi-mədəni irsinin qorunması, qədim abidələrin mühafizəsi, mənəvi sərvətlərimizin gələcək nəsillərə çatdırılması, gənclərin təşəbbüslərinin dəstəklənməsi və ictimai iştirakçılığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Çıxışlarda vurğulanıb ki, Gəncə Azərbaycan mədəniyyətinin, elminin, ədəbiyyatının və şəhərçilik ənənələrinin qədim mərkəzlərindən biridir. Bu şəhərin hər daşında tarix, hər küçəsində yaddaş, hər abidəsində bir dövrün nəfəsi yaşayır. Bu sərvətin ən parlaq zirvəsində isə Nizami dayanır.

Nizaminin böyüklüyü həm də ondadır ki, o, sözün qüdrətini insanlığın xidmətinə verdi. Şeir onun qələmində yalnız gözəllik yaratmaq vasitəsi olmadı, həm də düşüncəni oyadan, vicdanı silkələyən, insanı mənəvi ucalığa çağıran qüvvəyə çevrildi.

Elə buna görə də 885 il sonra onun adı ətrafında gənclərin toplaşması adi yubiley hadisəsi sayıla bilməz. Bu, əsrlər arasında qurulan mənəvi körpüdür.

Əslində, həmin gün Gəncədə keçirilən forum bir daha mühüm həqiqəti təsdiqlədi: Nizami irsi keçmişdə qalmış tarix deyil, bu gün də yaşayan, sabaha yol göstərən əbədi mənəviyyat məktəbidir.

Hər payız Gəncədə ağacların yarpaqları saralır, torpaq qızılı rəngə boyanır. Fəsillər bir-birini əvəz edir. Yəni zaman dayanmaq bilmir. Amma bu şəhərdə heç vaxt solmayan bir çiçək, heç vaxt sönməyən bir işıq var–Nizami sözü, Nizami dühası!

Artıq neçə illərdir ki, hər payız biz o işığın ətrafına yığışırıq. Kimimiz bir misrasının sehrinə düşür, kimimiz bir beytinin hikmətində özünü tapır, kimimiz də onun yaratdığı əbədi mənəviyyat dünyasının qarşısında heyrətə gəlirik.

Bu dəfə həmin işığın ətrafında gənclər daha yurdsevər görünürdü. Gəncənin dünənini sabahına bağlayan, ulu şairin mənəvi xəzinəsini gələcəyə aparmağa hazır olan bu gənclərin Nizami sevgisi də hüdüdsuzdur. Bunları gördükcə qəlbində gözəl bir inam yaranır: nə qədər ki, bu torpaqda Nizaminin sözünü duyan, onun hikmətini anlayan, irsini qorumağa çalışan nəsillər yetişir, Gəncənin mənəvi çırağı heç vaxt sönməyəcək.

Bir də hər payız gələndə biz bir daha anlayırıq: bu şəhərdə yarpaqlar tökülür, amma Nizaminin qocaman söz ağacı əbədi yaşıl qalır.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2026 01:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri