Icma.az
close
up
RU
Gəncə Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? İRİA icraçını ağır vəziyyətdə qoyub

Gəncə Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? İRİA icraçını ağır vəziyyətdə qoyub

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Ganjavi Holding Gəncə "Nizami İnnovasiya Mərkəzi” layihəsi ətrafında qəbul olunmuş qərarların ziddiyyətli və qeyri-sabit olduğunu, həmçinin prosesin süni şəkildə ləngidildiyini bildirir.

Şirkətin təmsilçisi Qaynarinfo-ya açıqlamasında iddia edir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) rəhbərlik dəyişikliyindən sonra əvvəlcədən təsdiqlənmiş planlar dəfələrlə dəyişdirilib və bu hal dövlət-özəl tərəfdaşlığı mexanizminin səmərəliliyinə sual doğurub.

Ganjavi Holding-in direktoru Elşən Gəncəvinin sözlərinə görə, regionlarda innovasiya mühitinin inkişafına xidmət etməli olan layihə hazırda qeyri-müəyyən vəziyyətə düşüb, bu isə həm maliyyə, həm də reputasiya riskləri yaradıb. O qeyd edir ki, vəziyyətə aydınlıq gətirilməsi və qəbul olunmuş qərarların hüquqi-strateji əsaslarının izahı vacibdir.

Onun təqdim etdiyi məlumata əsasən, Gəncə "Nizami İnnovasiya Mərkəzi” layihəsi 2023-cü ilin aprel ayında İRİA-nın təşəbbüsü ilə Gəncə, Lənkəran və Sumqayıtda innovasiya mərkəzlərinin yaradılması proqramı çərçivəsində başlanılıb. Məqsəd rəqəmsal transformasiyanı sürətləndirmək, startap və KOB ekosistemini inkişaf etdirmək, gənclərin texnoloji fəaliyyətə çıxışını genişləndirmək və regionlarda müasir iş mühitləri formalaşdırmaq olub. Gəncə şəhəri əhali dinamikası, sənaye potensialı və təhsil imkanlarına görə pilot məkan kimi müəyyən edilib.

Layihə üzrə tələb olunan hüquqi sənədlər, fəaliyyət planı və maliyyə əsaslandırmaları vaxtında hazırlanaraq Agentliyə təqdim olunub. 2023-cü ilin may ayında mərkəzin rəhbəri təsdiqlənib. İlkin mərhələdə Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfdaş kimi prosesə cəlb olunub, lakin təmiz mənfəətdən pay tələbi və bir ay ərzində məkan təqdim edilməməsi səbəbindən əməkdaşlıq dayandırılıb. Daha sonra layihəyə "Paşa Holding” və "Azercell Telekom” tərəfdaş qismində qoşulub, Ganjavi Holding isə icraçı olaraq çıxış edib.

Şirkət bildirir ki, Gəncədə bir neçə bina variantı nəzərdən keçirilib, bəzi obyektlər üzrə behlər ödənilsə də, Agentlik qərarları bir neçə dəfə dəyişib. Nəhayət, 2023-cü il 1 noyabr tarixində dörd mərtəbəli bina təsdiqlənib, icarə ödənişlərinə başlanılıb, İT infrastrukturu, təhlükəsizlik sistemi və heyət strukturu üzrə razılıq əldə olunub.

Şikayətə əsasən, təmir işlərinin ilkin mərhələsi və 8 aylıq icarə haqqı "Paşa Holding” tərəfindən maliyyələşdirilib, növbəti mərhələlər üçün isə "Azercell” öhdəlik götürüb. 2024-cü il 2 fevral tarixində "Paşa Holding” tərəfindən ümumilikdə 74 152,50 manat ödəniş həyata keçirilib. Layihənin 2024–2026-cı illər üzrə illik 100 min manat saxlanc xərci ilə maliyyələşdirilməsinə dair razılaşma mövcud olub.

Elşən Gəncəvinin iddiasına görə, 2024-cü ilin avqustunda Agentlikdə rəhbərlik dəyişdikdən sonra təsdiqlənmiş dizayn tanınmayıb, yeni dizaynlar tələb edilib, daha sonra həmin dizaynlar da dəyişdirilib. Bu, əlavə vaxt və maliyyə itkisinə səbəb olub və layihənin təxminən 6 ay ləngiməsinə gətirib çıxarıb.

2025-ci ilin aprelində layihə rəhbərinə qeyri-rəsmi şəkildə layihədən uzaqlaşması üçün təzyiq göstərildiyi, may ayında isə əvvəlki ödənişlər üzrə maliyyə məsuliyyətinin icraçı şirkətin üzərinə keçirilməsinə cəhd edildiyi qeyd olunur. 12 iyun 2025-ci il tarixinə əsas məbləğin 67 643,80 manatı təmir işlərinə, 4 125 manatı isə icarə haqqına yönəldilib, digər ödənişlərin növbəti ayda həyata keçiriləcəyi vəd edilib.

Ganjavi Holding-in iddiasına görə, layihə üzrə İT infrastrukturu və havalandırma sistemi smetadan çıxarılıb və bu işlərin şirkət tərəfindən öz hesabına yerinə yetirilməsi tələb olunub. Şirkət bildirir ki, bu işlər yerinə yetirilsə də, ödənişlər edilməyib və səbəb kimi "nazir göstərişi” göstərilib. Tranşlı maliyyələşdirmə mexanizminin pozulması nəticəsində layihə dayanma nöqtəsinə gəlib.

Şikayətə əsasən, işlər təxminən 95% tamamlanmış vəziyyətdə olarkən Agentlik Gəncə Kənd Təsərrüfatı Universiteti ərazisində alternativ obyekt axtarışına başlayıb. Hazır obyektin təhvil mərhələsində olduğu vaxtda bu axtarış dövlət və sponsor vəsaitlərinin dəyərdən salınması kimi qiymətləndirilir və qərarın hüquqi-strateji əsasları izah edilməyib.

Şirkət, həmçinin, yerli qurumlarla əlaqələrin əsassız məhdudlaşdırıldığını, danışıqlar zamanı bəzi vəzifəli şəxslər tərəfindən qeyri-etik ifadələr işləndiyini iddia edir. Xüsusilə "Mərkəz bizə aiddir, biz bilərik açırıq, ya yox” kimi fikirlərin işgüzar münasibətlərə uyğun olmadığı bildirilir.

Ganjavi Holding yaranmış vəziyyətin "Paşa Holding” və "Azercell” kimi tərəfdaşlarla münasibətlərə mənfi təsir göstərdiyini, maliyyə itkilərinə və sahibkarlıq etimadının zəifləməsinə səbəb olduğunu vurğulayır. Şirkət bildirir ki, layihə başa çatdırılmağa yaxın olsa da, qeyri-müəyyənliyə salınıb və bu, dövlət-özəl tərəfdaşlığı modeli, investisiya mühiti və vergi vəsaitlərinin istifadəsi ilə bağlı suallar doğurur.

Elşən Gəncəvi məsul qurumları Gəncə "Nizami İnnovasiya Mərkəzi” layihəsi üzrə qəbul olunmuş qərarların hüquqi, maliyyə və strateji əsaslarını ictimaiyyətə təqdim etməyə, atılan addımların nəticələrinə aydınlıq gətirməyə çağırır. O, təqdim olunan faktların rəsmi qaydada araşdırılmasına, ehtiyac olduqda müstəqil audit aparılmasına və bütün tərəflərin məsuliyyət bölgüsünün şəffaf şəkildə müəyyənləşdirilməsinə zərurət olduğunu qeyd edir.


Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see188

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see170

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see150

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see140

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see132

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see131

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see128

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see126

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see124

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see123

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see123

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see122

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri