Icma.az
close
up
RU
Gəncədə oma sümüyü çıxan uşağa 4 saat yardım göstərilmədi

Gəncədə oma sümüyü çıxan uşağa 4 saat yardım göstərilmədi

News24 saytına istinadən Icma.az xəbər verir.

Gəncə şəhərindəki “DNK İstanbul Hospital” ötən gün oma sümüyündə çıxıq və çat olan Süleymanov Rəhimə heç bir tibbi müdaxilə etməyib.

News24.az bildirir ki, gencexeber.az-a bu barədə şikayət ünvanlayan xəstə yaxını Rüstəm Süleymanov iddia edir ki, 4 saat ərzində çətin vəziyyətdə olan uşağa yardım göstərilməyib.

“Uşaq evdə pilləkəndən yıxılıb və oma sümüyündə çıxıq və çat əmələ gəlib, eyni zamanda sidik kisəsi zərər görüb. İlkin olaraq Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına müraciət etdik, lakin bizi “DNK İstanbul Hospital”ına yönləndirdilər. Ancaq günorta saat 2-dən axşam 6-yadək vəziyyəti ağır olan uşaq xəstəxananın dəhlizində xərəkdə qaldı. Tibb bacısından həkimlərə kimi heç kəs uşağın vəziyyəti ilə maraqlanmadı.

Daha sonra yaxınlaşıb, baş həkim iclasdadır, ancaq deyir ki, uşağın xəsarəti bizim sahəyə uyğun deyil, ödəniş etsinlər, başqa xəstəxanaya çatdıraq dedilər.

Ödənişə razı olsaq da, bu dəfə də uşağı aparmaq üçün təcili tibbi yardım  avtomobili verilmədi. Xəstəxanada yalnız bir ambulansın olduğunu və həmin maşının orada olmadığını bildirildilər. Sonda, çətin vəziyyətdə olan uşağı maşınla Gəncə şəhər 2 nömrəli şəhər polinklinikasına çatdırdıq.

Buranın da uşağı qəbul etməməsi səbəbindən, səhiyyə nazirliyinə müraciət etdik. Nazirliklə əlaqə qurulduqdan sonra uşağa tibbi yardım göstərildi.

Xəstəxanalardakı bu özbaşınalıq halına görə müəyyən şəxslərin işdən çıxarılmasını tələb edirik”,- deyə xəstə yaxını bildirib.

Qeyd edək ki, hazırda Gəncə şəhər 2 nömrəli şəhər polinklinikasında müalicə alan Rəhim Süleymanovun vəziyyəti stabil-ortadır.

İddianın araşdırılması üçün TƏBİB-ə sorğu ünvanlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Yanvar 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri