Icma.az
close
up
RU
Gəncədə yeni təmir olunan yol bina sakinlərinin narazılığına səbəb oldu ŞİKAYƏT FOTO/VİDEO

Gəncədə yeni təmir olunan yol bina sakinlərinin narazılığına səbəb oldu ŞİKAYƏT FOTO/VİDEO

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncənin Mahrasa bağı adlanan qəsəbəsinin sakinləri problemlə üzləşiblər.
Bizim.Media olaraq bir neçə dəfə bu yaşayış məntəqəsində yolların bərbad olması barədə material təqdim etmişik.
Bir müddət əvvəl Mahrasa bağının əsas küçəsində yolların təmiri yekunlaşsa da, qəsəbənin 13 saylı binasının sakinləri üçün yenilik daha böyük çətinlik yaradıb.
Binanın sakinlərinin Bizim.Media-nın yerli bürosuna verdikləri məlumata görə, binanın qarşısı yeni qoyulan bordürlərlə mühasirəyə alınıb.
Bina sakini Mübariz Heydərovun sözlərinə görə, hələ sovetlər dövründə belə əsas yoldan binanın hər blokunun qarşısına keçidlər olub:
“Binanın sakinləri avtomobilləri ilə əraziyə rahatlıqla giriş - çıxış edirdilər. İndi bu layihəni kim veribsə, elə bil ki, bu sahədən məlumatsızdır. Bu bordürlərlə yolu kəsiblər. İndi biz yaşadığımız binanın ərazisinə necə daxil olaq? Bu, qanunsuzluqdur”.
Binanın digər sakini Nofəl Babayev də yaşayış yerinin qarşısında yolun kəsilməsini qanun pozuntusu adlandırır: "Binanın sakinlərinin avtomobillərini öz yaşayış evlərinin qarşısında saxlamaq hüquqları var. Dədə-babadan bizim binanın qarşısına giriş - çıxış olub.
İndi özlərindən yeni layihə fikirləşiblər. Əvvəlcə blokların qarşısında aşağı salmışdılar, sonra icra hakimiyyətindən kimsə gəlib göstəriş verib və qaldırıb. Bütün binanın sakinləri narazılıqlarını bildirirlər. Biz aidiyyəti qurumların rəhbərlərinə müraciət edirik ki, bu özbaşınalığa son verlsin".
Bina sakini Eldəniz Həsənov işləri görənlərlə bir neçə dəfə söhbət etdiyini də bildirib. O qeyd edib ki, bina sakinlərinin şikayətlərinə baxan yoxdur:
"Mən başa düşmürəm bu yollar, bardürlar kimin üçün düzəldilir? Bizim binanın sakinləri vətəndaş deyilmi? Əgər binada yanğın olsa və ya təcili tibbi yardım maşını gəlsə, binanın qarşısına necə keçəcəklər? Niyə binanın sakinlərini düşünən yoxdur axı?
Bir binada 70 ev var. Hər evdə də az qala bir maşın var. Harda saxlayaq maşınlarımızı? Giriş - çıxış olanda heç olmasa bir təhər sığışırdıq binanın qarşısına. Bu ideyanı kim verib görəsən? O adamın yaşadığı evin qarşısına girişi bağlasalar xoşuna gələr? Xahiş edirik, binanın qarşısına girişi təmin etsinlər".
Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlamağa çalışdıq. İcra hakimiyyətindən bunun layihə olduğunu söyləməklə kifayətləndilər. Binanın sakinlərinin gələcək taleyi və onların şikayəti hələlik heç kimi maraqlandırmır.
Məsələni diqqətdə saxlayacağıq.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Dekabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri