Icma.az
close
up
RU
Gəncədə yubiley konfransı

Gəncədə yubiley konfransı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Maqsud Əliyev – 100

Elm və Təhsil Nazirliyi, qurumun Fizika İnstitutu, Milli Elmlər Akademiyası və akademiyanın Gəncə Bölməsi tərəfindən görkəmli fizik alim, Əməkdar elm xadimi, akademik Maqsud Əliyevin 100 illiyinə həsr olunmuş “Fizikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Nüfuzlu elmi tədbirə Azərbaycan və MDB ölkələrinin elmi tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alimlər qatılıblar.   

İştirakçılar görkəmli alimin həyat və fəaliyyətindən  bəhs edən sərgi ilə tanış olublar. Sonra akademik Maqsud Əliyevin həyat və fəaliyyəti haqqında bioqrafik videoçarx təqdim edilib.    

Qeyd olunub ki, Azərbaycan fizika-riyaziyyat tədqiqatlarının əməli və nəzəri məktəbinin patriarxlarından sayılan akademik Maqsud Əliyev (1924–2016) elmimizi dünyada şöhrətləndirən şəxsiyyətlərdəndir. O,1957-ci ildə fizika üzrə elmlər namizədi,  1966-cı ildə elmlər doktoru, 1967-ci ildə professor  adını almışdır. 1969-cu ildə AMEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir. Alim yarımkeçiricilər fizikası sahəsində tədqiqatların aparılmasında və elmi kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir. 

Akademik Maqsud Əliyev 20 ixtiranın müəllifi olub. Onun “Yarımkeçiricilərin istilikkeçirməsi” adlı kitabı böyük  şöhrət qazanıb. Maqsud Əliyevin  rəhbərliyi ilə 35 fəlsəfə doktoru, 7 elmlər doktoru yetişdirilib. Maqsud Əliyev ənənəvi elmi istiqamətilə bərabər, məşhur alim Lütfi Zadənin əsasını qoyduğu qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq sahəsində də ­tədqiqatlar aparıb. O, “Fizika problemləri və qeyri-səlis məntiq” üzrə elmi problemlərin araşdırılması ilə geniş məşğul olub, bir neçə beynəlxalq konfranslarda  məruzələrlə çıxış edib. “Şöhrət”, “Vətən müharibəsi”, “Xalqlar dostluğu” ordenləri, akademik Y.Məmmədəliyev adına mükafat və medal, “Sülhün səfiri” beynəlxalq diplomu ilə təltif olunub. Görkəmli alim 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi adını alıb. 24 dekabr 2016-cı ildə 92 yaşında Bakıda vəfat edib.

Beynəlxalq elmi konfransı açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik  Fuad Əliyev  bu mötəbər məclisin ümummili lider Heydər Əliyevin əziz xatirəsinin anıldığı əlamətdar günlərlə səsləşdiyini qeyd edərək Ulu öndərin Azərbaycan elminin inkişafına xüsusi diqqət göstərdiyini, onun layiqli davamçısı   ­Prezident İlham Əliyevin ölkənin gələcəyinin təminatı naminə vacib olan bu sahənin müasir tələblər baxımından yüksəlişi strategiyasını uğurla həyata keçirdiyini vurğulayıb. 

Sonra konfransın  iştirakçıları arasında görkəmli alim Maqsud Əliyevin yaratdığı Azərbaycan yarımkeçiricilər elmi məktəbinin ardıcıllarının olduğu   da qeyd edilib. Akademikin  xatirəsinin Gəncənin elmi mühiti, bu şəhərdə çalışan alimlər tərəfindən xüsusi rəğbətlə yad edildiyi vurğulanıb. Respublikamızın ikinci şəhərində çoxşaxəli elmi  mərkəzin yaranması, burada aparılacaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, hətta onun üçün böyük binanın seçilməsi məsələlərinin reallaşmasında Maqsud müəllimin də həlledici rolu olduğu göstərilib.   

Beynəlxalq konfransı idarə edən Fizika İnstitutunun baş direktoru, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov Maqsud Əliyevin respublikamız üçün böyük sınaqlar dövrü olan 90-cı illərdəki fəal mövqeyi, o cümlədən Ulu öndərin dövlətçiliyimizin formalaşdırılması naminə yorulmaz səylərinə öz dəstəklərini nümayiş etdirmiş ziyalı-alimlərimiz sırasında olduğunu vurğulayıb.         

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov,   Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, texnika elmləri namizədi, dosent Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru, biologiya elmləri namizədi, dosent Yaşar Ömərov, Gəncə Dövlət Universitetinin prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Şahin Xurşudov, alimin yetirmələrindən fizika-riyaziyyat elmləri doktoru, professor  Məntiq Cəfərov və fizika elmləri doktoru, professor Adilə Abbasova, fizika-riyaziyyat elmləri doktoru, professor Dürdanə Araslı  çıxış ediblər. Onlar  Maqsud Əliyevi elm ilə nəcabətin vəhdətinin təcəssümü kimi xarakterizə ediblər.

Akademik Maqsud Əliyevin yaxın qohumu Xanlar Məmmədov alimin elmi, ictimai fəaliyyətinə və onun şəxsiyyətinə böyük həssaslıq nümayiş etdirərək bu mötəbər elmi forumu təşkil edənlərə alimin ailəsi adından minnətdarlıq bildirib.

Üç günlük beynəlxalq konfrans bölmə iclasları ilə davam etdirilib.

Hamlet Qasımov, 
XQ-nin bölgə müxbiri 

Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri