Icma.az
close
up
RU
Gəncəyə gələn sel FƏSADLARA YOL AÇIB

Gəncəyə gələn sel FƏSADLARA YOL AÇIB

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ötən gün Gəncə şəhərinə yağan intensiv yağış nəticəsində sel hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, sel sularının əsasən Məhsəti qəsəbəsində fəsadlar yaratdığı bildirilir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə, o cümlədən "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə əsasən, sözügedən məsələ FHN-in deyil, yerli icra hakimiyyət strukturları, o cümlədən su-kanalizasiya təchizatı qurumlarının vəzifələrinə aiddir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum ümumilikdə Gəncədən keçən çay ərazilərinə xidmət göstərmir.

"ADSEA-nın Gəncədə fəaliyyət göstərən sukanal idarəmiz çay məcralarında daşmalara baxmır. Çaylarla bağlı xidmət ərazimiz Göygöl rayonu ərazisində olan çaylardır.

Ancaq bu cür daşqınlar zamanı Göygöldə olan idarəmiz daim Gəncə şəhərinə yardımçı olur. Hazırda da Gəncənin icra başçısının müraciəti əsasında, fəsadların aradan qaldırılması üçün yerli istismar idarəmizin texnikaları və işçiləri ərazidə işləyirlər, lazımi dəstək göstərilir", - deyə məlumatda qeyd olunub.

Gəncə Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı gecə saatlarında Gəncəyə yağan leysan yağışlar nəticəsində şəhərin Məhsəti qəsəbəsi, Müşfiq Adıgözəlov küçəsində ona yaxın fərdi yaşayış evinə yağış suları dolub.

"Hazırda aidiyyəti dövlət qurumları tərəfindən sel sularının yaratdığı fəsadların aradan qaldırılması və sakinlərə dəymiş ziyanın hesablanması istiqamətində işlər davam etdirilir.

Məlumat üçün bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası (FHK) tərəfindən əraziyə baxış keçirilib. Vaxtilə qəsəbədə evlərin tikinti normalarına uyğun inşa edilməməsi, həmçinin ərazinin relyefinin uyğunsuzluğu sel kütləsinin burada yığılıb qalmasına və evlərə sudolma hallarına gətirib çıxarıb. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən FHK-nın yekun rəyinə əsasən, Məhsəti qəsəbəsində su-kanalizasiya şəbəkəsi qurulanadək, Müsfiq Adıgözəlov küçəsindən yağış sularının ötürülməsi üçün 400 metr məsafədə drenaj borunun çəkilməsi qərara alınıb. Hava şəraiti imkan verən kimi işlərə başlanılacaq. Görüləcək işlərin 10 günə yekunlaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, gecə saatlarında əsən güclü külək nəticəsində şəhərin N.Nərimanov prospektində, həmçinin Hacıkənd qəsəbəsində irigövdəli iki ağac aşıb. Gəncə şəhər MKTİB-in Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən aşan ağacların doğranaraq ərazidən uzaqlaşdırılması təmin edilib.

Hazırda Gəncə şəhərində hava sabitdir", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 May 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri