Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 25 dekabr, AZƏRTAC
Bu gün tarix üzrə elmlər doktoru, Azərbaycan Milli Tarix Muzeyinin direktoru, Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlının 85 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Nailə Vəlixanlının zəngin həyat yolu və elmi fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında Nailə xanımın həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərlə yanaşı, “Açılmamış səhifələrin tədqiqatçısı”və “Xoş məramlı alim” məqalələrinin tam mətni yer alır.
Elektron bazada Nailə Vəlixanlının baş redaktoru, baş və elmi məsləhətçisi, ixtisas redaktoru, “Ön söz” müəllifi, mətn müəllifi və tərtibatçısı olduğu nəşrlərin, məqalələrin, eləcə də onun haqqında qələmə alınan kitab və dövri mətbuat nümunələrinin siyahıları təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Nailə xanımın müsahibə və tərcümələri də yer alır.
Elektron bazada “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi”, “Foto və videoqalereya” bölmələri də istifadəçilərə təqdim olunur.
Hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 25 Dekabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















