Icma.az
close
up
RU
Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? AÇIQLAMA

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? AÇIQLAMA

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Son illərdə gənclər arasında münasibətlərin daha qısa müddət davam etməsi və tərəflərin problemlə qarşılaşdıqda münasibəti davam etdirmək əvəzinə ayrılmağa üstünlük verməsi diqqət çəkir.
Bəzi hallarda münasibətlərin tez başlaması və eyni sürətlə bitməsi emosional bağların qurulmasına imkan vermir.
Bəs gənclərin münasibətlərdə daha səbirsiz olması və ayrılıq qərarını daha asan verməsi hansı psixoloji amillərlə bağlıdır?
Bizim.Media xəbər verir ki, psixoloq Gülsər Qədirli bu barədə “sonxeber.az”a açıqlama verib:
"Gənclər arasında münasibətlərin daha qısa müddətli olmasının bir neçə psixoloji səbəbi ola bilər. Burada söhbət bütün gənclərin eyni davranışından getmir. Lakin müasir həyat tərzi, sosial medianın yaratdığı münasibət modeli, yüksək gözləntilər və emosional çətinliklərə dözümlülüyün azalması bu prosesə təsir edən amillər sırasındadır.
 

Əvvəla, sosial şəbəkələr insanlarda münasibətlərlə bağlı müəyyən ideal təsəvvür yaradır. İnsanlar internetdə əsasən münasibətlərin xoş və romantik tərəflərini görürlər. Bu isə real münasibətdə qarşıya çıxan fikir ayrılıqları, konfliktlər və çətinliklərin "normal proses" kimi qəbul edilməməsinə səbəb ola bilər. Nəticədə tərəflər münasibətdə problem yarananda bunun üzərində işləmək əvəzinə, "deməli, düzgün insan deyil" düşüncəsinə qapıla bilərlər.


Digər mühüm amil isə seçim imkanlarının çoxalması hissidir. Sosial media və tanışlıq platformaları insanlarda daim daha uyğun birinin mövcud olduğu təəssüratı yarada bilər. Bu zaman münasibətdə müəyyən çatışmazlıq yarananda insan onu düzəltmək əvəzinə daha yaxşı alternativ axtarmağa meyllənə bilər.
Bundan başqa, bəzi gənclər emosional yaxınlıqdan və məsuliyyətdən çəkinə bilirlər. Sağlam münasibət yalnız sevgi və romantikadan ibarət deyil; burada ünsiyyət qurmaq, qarşı tərəfi dinləmək, konfliktləri həll etmək və müəyyən güzəştlərə getmək də vacibdir. Bu bacarıqlar kifayət qədər formalaşmadıqda münasibəti davam etdirmək çətinləşir.
Burada fərdin əvvəlki ailə və münasibət təcrübəsi də rol oynaya bilər.
Uşaqlıqdan sağlam ünsiyyət və konflikt həll etmə nümunələri görməyən insan sonrakı münasibətlərində problemlə qarşılaşdıqda qaçmağı və əlaqəni bitirməyi daha asan seçim kimi görə bilər.
 

Digər tərəfdən, hər ayrılığı münasibətə qarşı səbirsizlik kimi qiymətləndirmək də düzgün deyil. Bəzən münasibətin bitirilməsi insanın öz sərhədlərini qoruması və sağlam olmayan münasibətdən uzaqlaşması deməkdir. Əsas məsələ münasibətin nə qədər davam etməsi deyil, tərəflərin həmin münasibətdə özlərini necə hiss etməsi və problemləri necə həll etməsidir.


Sağlam münasibətin əsas göstəricilərindən biri də konfliktlərin ümumiyyətlə olmaması deyil, tərəflərin fikir ayrılıqlarını bir-birinə hörmət çərçivəsində həll edə bilməsidir. Gənclərin münasibətlərdə bunu öyrənməsi və emosional ünsiyyət bacarıqlarını inkişaf etdirməsi uzunmüddətli və daha sağlam münasibətlərin qurulmasına kömək edə bilər".
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Avqust 2026 04:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri