Gənclər təşkilatı regionda maarifləndirici tədbirlərini davam etdirir FOTO
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının memarıdır” adlı layihəsini Masallı rayonunda davam etdirib.
Hurriyyet.az xəbər verir ki, Masallı rayon Tarix-diyarşunaslıq muzeyində keçirilən tədbiri təşkilatın icraçı drektoru Tələt Qəribov açaraq, iştirakçıları salamlayıb. O, ilk olaraq qeyd edib: “Qarşıdan 20 yanvar Şəhidlərimizin anım mərasimləri gəlir, gəlin onların və Qarabağ Şəhidlərinin xatirəsini bir dəqiqə sükutla yad edək”.
Natiq sonra 1995-ci ildə Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hansı ağır şəraitdə yaranmasından, onun mahiyyətindən danışıb.
Masallı rayon Tarix-diyarşunaslıq muzeyinin drektoru Əntiqə Tağıyeva qonaqları salamlayıb və bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. Əntiqə xanım çıxışında göstərib ki, indiki gənc nəsil Konstitusiyamızın o ağır illərdə necə qəbul olunmasını bilməlidir.
Təşkilatın eksperti “Sağlam Həyata Doğru” Ekolioji İctimai Birliyinin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov mövzu ilə bağlı geniş məruzə edib.
Masallı rayon Heydər Əliyev Mərkəzinin drektoru Dilbər İbayeva çıxışında qeyd edib ki, rayon gəncləri ilə birlikdə bu mövzuda tədbirlər daim keçirilir: “Çalışırıq ki, gənclərimiz Ulu Öndərimizin zamanında qəbul etdiyi ilk Konstitusiyamız ilə geniş tanış olsunlar”.
Rayon ziyalılarından Fərhad Qurbanov, Zamin Məmmədov, Mehman Zahidov, Əzizə Qasımova mövzu ilə bağlı müzakirələrdə fəal iştirak ediblər.
Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 19 Yanvar 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















