Gənclər təşkilatı növbəti layihələrinin icrasına başlayır FOTO
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının memarıdır” adlı ilk tədbirini Lənkaran şəhərində keçirmişdir.
Hurriyyet.org xəbər verir ki, tədbirdə Lənkəran tibb kollecinin, Lənkaran Dövlət Universitetinin tələbələri və rayon gəncləri iştirak ediblər. Tədbiri təşkilatın icraçı drektoru Tələt Qəribov açaraq iştirakçıları salamlayıb və təklif edib ki, qarşıdan 20 yanvar Şəhidlərimizin anım mərasimləri gəlir, onların və Qarabağ Şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edək.
Natiq sonra 1995-ci ildə Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hansı ağır şəraitdə yaranmasından, onun mahiyyətindən danışıb.
Azərbaycan Resublikasının Gənclər Fondunun əməkdaşı Famil Məmmədov çıxış edərək, bu kimi tədbirlərin gənclər arasında keçirilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə ekspert kimi iştirak edən “Sağlam Həyata Doğru” Ekolioji İctimai Birliyinin sədri, Kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov mövzu ilə bağlı geniş məruzə edib.
Kollecin müəllimi Mahirə Fərəcova çıxışında bu kimi tədbirlərin keçirilməsinin vacibliyini bildirib. O, qeyd edib ki, bugünkü gənc nəsil müstəqiliyimizin təməl daşı olan Konstitusiyamızın neçə ağır dövrdə qəbul olunmasından az məlumatlıdırlar. Ona görə, bu kimi təcdirlərin gənclər arasında keçirilməsi müsbət haldır.
Tədbir çay süfrəsindən sonra başa çatmışdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Yanvar 2026 04:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















