Icma.az
close
up
RU
“Gəncləşən” ölüm: Yaşı da, səbəbləri də dəyişir

“Gəncləşən” ölüm: Yaşı da, səbəbləri də dəyişir

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təxminən 16500 alim tərəfindən aparılan və 300 000-dən çox məlumat mənbəyindən istifadə etməklə bu yaxınlarda dərc edilmiş Qlobal Xəstəlik Yükü araşdırması həyəcan təbili çalır: yeniyetmələr və gənclər (həyatın ikinci onilliyi və erkən yetkinlik dövrü) arasında ölüm nisbətləri dünyanın bir çox regionlarında artır.

Bu, 1990-cı ildən 2023-cü ilə qədər 204 ölkədə yaşa və cinsə görə 375 xəstəlik və 88 risk faktoru haqqında məlumatları özündə əks etdirən, bu günə qədər ən əhatəli qlobal sağlamlıq təhlilidir. Bu barədə “The Guardian” yazır. Bu ölümlərin səbəbləri bütün dünyada müxtəlifdir. Şimali və Latın Amerikasında aparıcı amillər psixi sağlamlıq problemləridir. İntihar, narkotik və xüsusən də gənc qadınlar arasında alkoqoldan sui-istifadə, Sub-SaxaraAfrikasında yoluxucu xəstəliklər, bədbəxt hadisələr və ana ölümü əsas səbəblər olaraq qalır.

COVID olmasa da, ölüm var

Qlobal ömür uzunluğu COVID-19 ilə əlaqəli azalmadan (qadınlar üçün təqribən 76,3 il, kişilər üçün 71,5 il) sonra artıq bərpa olunsa da, gənclərin ölümü həyəcanverici dərəcədə yüksək olaraq qalır.

Tədqiqatçılar xüsusilə aşağı gəlirli ölkələrdə gənclərə yönəlmiş sağlamlıq xidmətinə, psixi sağlamlığın gücləndirilməsinə, qidalanmanınyaxşılaşdırılmasına və səhiyyə sistemlərinin gücləndirilməsinə daha vahid yanaşmaya çağırırlar.

BMT-nin Əhali Bölməsinə görə, 2023-cü ildə dünyada təqribən 60,76 milyon ölüm olub. Bu, hər saniyə təxminən 1,92 nəfərin ölməsi deməkdir.Tədqiqat ÜST tərəfindən 198 ölkə və ərazi üzrə toplanmış 2021-ci il üçün mövcud olan ən son məlumatlardan istifadə edir. Qvineya 100000 nəfərə 37,4 hadisə ilə ən yüksək ölüm nisbətini qeydə alıb, ondan sonra Liviya (34,0) və Keniya (28,2) gəlir.

Ürək-damar xəstəlikləri ənənəvi olaraq yaşlı yaş qrupları arasında ölüm hallarının TOP səbəbləri siyahısında birinci yerləri tutur.

Əksər hallarda ani ürək ölümü koronar damarlarda qan axınının pozulması nəticəsində baş verir. Bu, qeyri-müntəzəm ürək ritminə gətirib çıxarır və nəticədə ürəyin dayanmasına səbəb olur. Daha az hallarda ürək əzələsi xəstəliyi (kardiyomiyopatiya) və ya qapaq qüsurları səbəb ola bilər.

Hər 24 saniyədə bir nəfər yolda ölür

BMT-nin məlumatına görə, hər il dünyada 1,3 milyondan çox insan yol qəzalarında ölür .Bu, hər 24 saniyədə bir nəfər deməkdir. Daha 20-50 milyon insan müxtəlif xəsarətlər alır.

Son dərc olunan tədqiqat, həmçinin ürək xəstəlikləri və şəkərli diabet kimi xroniki xəstəliklərin hazırda bütün sağlamlıqla bağlı xəstəliklərin üçdə ikisini təşkil etdiyini və psixi sağlamlıq problemlərinin artmaqda olduğunu müəyyən edib.

Tədqiqatçılar yüksək qan təzyiqi, havanın çirklənməsi, siqaret çəkmə və piylənmə kimi dəyişdirilə bilən risklərdən qaynaqlanan qlobal xəstəlik yükünün yarısının qarşısı alına biləcəyini təxmin etdilər.

Araşdırma  bazar günü Berlində keçiriləcək Ümumdünya Səhiyyə Sammitində təqdim olunacaq. Sənədlərə əsasən,  2023-cü ilə qədər 204 ölkə və ərazinin hamısında ölüm nisbəti ümumiyyətlə azalıb.Dünya miqyasında gözlənilən ömür uzunluğunun COVID-19 pandemiyasının yaratdığı azalmadan  sonra nisbətən bərpa olunub.

Bu rəqəm qadınlar üçün 76,3 yaş və kişilər üçün 71,5 yaş təşkil edir ki, bu da 1950-ci ilki göstəricidən 20 ildən çox çoxdur. Bununla belə, “kəskin coğrafi fərqlər” qalmaqdadır və yüksək gəlirli regionlarda 83 yaşdan sub-Saxara Afrikasında 62 yaşa qədər dəyişir.

Gənclər niyə ölürlər?

Araşdırma göstərir ki, 19 yaşdan kiçik amerikalılar arasında ölüm nisbəti son on il yarımda rekord həddə çatıb.İcma və Sağlamlığın Tədqiqi Mərkəzinin hesablamalarına görə, hər 100000 gənc amerikalıdan 30-u 19 yaşından əvvəl öləcək. 2020-ci ildən etibarən gənclər arasında ölüm hallarının artması əhəmiyyətli dərəcədə sürətlənib.

Bununla belə, gənclərin COVID-19-a daha “yumşaq” reaksiyası olduğu üçün koronavirus pandemiyası vaxtından əvvəl ölümlərin əsas səbəbi olmur. Gənclər arasında əsas ölüm səbəbləri narkotik maddələrin həddindən artıq dozası, intihar, adam öldürmə və yol qəzalarıdır.

COVID daha öldürmür

Məlumata görə, qlobal ömür uzunluğu qadınlar üçün 76,3, kişilər üçün 71,5 yaşa çataraq, COVID-19-dan əvvəlki səviyyəyə qayıdıb. Bu irəliləyiş, əhəmiyyətli dəyişikliklərlə də olsa, bütün ölkələrdə və ərazilərdə özünü göstərir. Bununla belə, Şimali və Latın Amerikasında intihar, narkotik və alkoqol istifadəsi səbəbindən yeniyetmələr və gənclər arasında ölüm hallarının artması artıq böhranvəziyyətinə çatıb. Afrikanın cənub-şərqində ölümlərin əsas səbəbi yoluxucu xəstəliklər və xəsarətlərdir.

Əhalinin artmasına və qocalmasına baxmayaraq, qlobal yaşa görə standartlaşdırılmış ölüm nisbəti (müxtəlif əhali qrupları üzrə və ya zamanla ölüm nisbətlərini müqayisə etməyə imkan verən statistika) 1950-ci ildən bəri 2023-cü ildə 67% azalıb və bu azalma bütün ölkələrdə müşahidə olunur. Qlobal miqyasda rəqəmlər ürəkaçandır, o cümlədən qidalanma, peyvəndləmə və səhiyyənin təkmilləşdirilməsi sayəsində uşaq ölümlərinin, xüsusən də Şərqi Asiyada tarixi azalması diqqəti çəkir.

Bununla belə, yeniyetmələr və gənc yetkinlər arasında 2011-2023-cü illər arasında ən çox ölüm artımı Şimali Amerikanın yüksək gəlirli ölkələrində olub. 20-39 yaş arasında olanlar arasında ilk növbədə intihar, narkotik maddələrin həddindən artıq dozası və həddindən artıq spirt istehlakı ölümə aparır. Eyni dövrdə Şərqi Avropada, Şimali Amerikanın yüksək gəlirli ölkələrində və Karib hövzəsində 5-19 yaş qrupunda ölüm halları artıb.

Ölüm səbəbləri dəyişir

Sub-Saxara Afrikasında gənclərin ölümü də yüksək respirator infeksiyalar, vərəm, digər yoluxucu xəstəliklər və bədbəxt hadisələr səbəbindən artıb. 15-29 yaş arası gənc qadınlar arasında ölüm, ana ölümü, yol-nəqliyyat hadisələri və meningit səbəbindən 61% yüksək olub.

Tədqiqat təsdiq edir ki, ölüm səbəbləri yoluxucu xəstəliklərdən qeyri-infeksion xəstəliklərə doğru dəyişir və qlobal sağlamlıq üçün, xüsusən də aşağı gəlirli ölkələrdə yeni problemlər yaradır. 2021-ci ildə lider mövqedə olan COVID-19 2023-cü ildə iyirminci yerə düşüb. Nəticədə ürəyin işemik xəstəliyi və insult yenidən birinci yeri tutub, ikinci yeri xroniki obstruktiv ağciyər xəstəliyi, aşağı tənəffüs yollarının infeksiyaları və neonatal xəstəliklər tutub.

88 risk faktoru

Hesabatın ən təəccüblü nəticələrindən biri odur ki, 88 məlum risk faktorunudəyişdirməklə dünya üzrə bütün ölümlərin və əlilliklərin təxminən yarısının qarşısını almaq olar. Siyahının başında yüksək qan təzyiqi, havanın çirkliliyi, siqaret çəkmək, yüksək qlükoza səviyyəsi, aşağı doğum çəkisi və qısa hamiləlik, yüksək bədən kütləsi indeksi (BKİ), yüksək xolesterin, böyrək çatışmazlığı, uşaqlıqda böyümə geriliyi və qurğuşun məruz qalması daxildir.

Bundan əlavə, tədqiqat bu risklərin çoxunun ekoloji və ya sosial miqyasda olduğunu yazır. Məsələn, köhnə binaların boyalarında, suda, mətbəx əşyalarında, ədviyyatlarda və torpaqda hələ də mövcud olan qurğuşuna məruz qalma, xüsusən də inkişaf etməkdə olan ölkələrdə ürək-damar xəstəlikləri ilə əlaqəli olaraq qalır.

Bundan əlavə, havanın çirklənməsi və istilik kimi iqlim dəyişikliyinin təsirləri sağlamlığa getdikcə daha çox təsir edir, o cümlədən havanın çirklənməsi səbəbindən tənəffüs yolları xəstəliklərinin artması müşahidə olunur.

Hesabatda psixi sağlamlıq pozğunluqlarının əhəmiyyətli dərəcədə artdığı da qeyd olunur.Tədqiqat siyasətçiləri sağlamlıq prioritetlərinə daha çox diqqət ayırmağa çağırır.

Tədqiqat göstərir ki, dünyada bir çox sağlamlıq problemlərinin qarşısı alına bilər. Bununla belə, sağlamlıq və gözlənilən ömür uzunluğu yaxşılaşsa da, tezliklə tədbirlər görülməsə, gələcək nəsil əvvəlkindən daha pis şəraitdə yaşaya və ölə bilər.

Elnarə Kərimova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Oktyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see619

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see523

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see470

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see440

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see355

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see343

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see325

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see260

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see241

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see238

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see223

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see203

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri