Icma.az
close
up
RU
Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq çərçivəsində maarifləndirmə kampaniyası keçirildi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq çərçivəsində maarifləndirmə kampaniyası keçirildi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər il 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə başlayan və Beynəlxalq İnsan Hüquqları Günü ilə sona çatan Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq Kampaniyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə tərəfdaşlığı ilə bir sıra maarifləndirmə tədbirləri keçirildi.

Kampaniya çərçivəsində 5 regionda: Yevlax, Mingəçevir, Sumqayıt, Sabirabad və Bakıda, psixoloqlar, tələbələr, dövlət qurumlarının nümayəndələri, sosial işçilər, hüquqşünaslar, yerli vətəndaş cəmiyyətinin üzvləri də daxil olmaqla ümumilikdə 300-ə yaxın şəxsin iştirakı ilə məlumat sessiyaları təşkil edildi. Sessiyaların məqsədi gender bərabərliyinin təşviqi və məişət zorakılığı ilə mübarizə üzrə maarifləndirmə aparmaq, iştirakçılara məişət zorakılığı hallarında müraciət edə biləcəkləri dövlət qurumları, qaynar xətlər və resurs mərkəzləri haqqında məlumat vermək, həmçinin iqlim dəyişikliyi və gender əsaslı zorakılıq arasındakı əlaqə barədə ictimaiyyətin məlumatlılığını artırmaq idi.

Sessiyalarda məişət zorakılığı və onunla mübarizə mexanizmləri, zorakılığın formaları, səbəbləri və yaratdığı fəsadlar, iqlim dəyişikliyi və məişət zorakılığı arasında əlaqə haqqında danışıldı. Eləcə də, iştirakçılar polis və prokurorluq, icra hakimiyyəti, rayon (şəhər) məhkəmələri kimi dövlət qurumlarına hansı hallarda və nə üçün müraciət etməli olduqları barədə məlumatlandırıldı.

Kampaniya çərçivəsində maarifləndirmə işləri sosial media platformaları vasitəsilə də aparıldı. İqlim dəyişikliyinin qadınların reproduktiv sağlamlığına təsiri, təbii fəlakətlərin qadınlar üzərindəki məişət yükünü artırması, qadınların iqlim dəyişikliyinə adaptasiyasına mənfi təsir göstərən amillər, iqlim dəyişikliyinin qadınların iqtisadi azadlıq əldə etməsinə mənfi təsirləri, qadınların iqlim dəyişikliyi ilə bağlı qərarvermə prosesindən kənarda qalması, gender stereotiplərinin qadınların iqlim dəyişikliyinə uyğunlaşmasına təsiri kimi mövzular üzrə maarifləndirici posterlər hazırlanaraq ictimaiyyətlə paylaşıldı.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 Dekabr 2024 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri