Icma.az
close
up
RU
Generalmayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir?

Generalmayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir?

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, Sərəncama əsasən, nazirliyin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib:

polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirov,

polkovnik Gündüz Əliş oğlu Əbdülov,

polkovnik Azər Əlövsət oğlu Qasımov,

ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyev.

Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, xüsusi təyinatlı hərbi hissə komandiri Ələkbər Cahangirov Vətən Müharibəsi qəhrəmanıdır. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları ilə, eləcə də "Azərbaycan Bayrağı ordeni ilə təltif edilib.

Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Milli Müdafiə Universitetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib. 2024-cü il yanvarın 12-də Milli Müdafiə Universitetinin rektoru təyin olunub.

Azər Qasımov da Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə "Zəfər ordeni" ilə təltif edilib.

Adıçəkilən şəxslərlə yanaşı ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə də "ədliyyə general-mayoru" ali hərbi rütbəsi verilib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Noyabr 2024 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri