Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Genetik analizlər nə qədər doğrudur? İrsi xəstəliklər üzrə araşdırmaçı ilə MÜSAHİBƏ

Genetik analizlər nə qədər doğrudur? İrsi xəstəliklər üzrə araşdırmaçı ilə MÜSAHİBƏ

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Məlumdur ki, müasir dövrdə ətraf mühit amilləri, zərərli vərdişlər və digər faktorlar genetik sağlamlığa mənfi təsir edən amillərdəndir. Genetik sağlamlığın qaydasında olmaması isə bir sıra ciddi xəstəliklərin sürətlə artmasına təsir göstərir.

Statistikaya görə, müxtəlif genetik testlərdə nəticələrin tutarlılığı 80%-90% arasında dəyişir, bu da testin etibarlılığının və doğruluğunun laboratoriya şərtlərindən asılı olduğunu göstərir. Son dövrlər genetika elmində bir neçə yeniliklər mövcud olsa da, xüsusulə süni intellekt texnologiyaların tibb və genetika sahəsinə inteqrasiya edilməsi arzuolunmaz halların qarşısını almaqda effektiv olacağı gözlənilir.  Bütün hallarda genetik analizlərin irsi xəstəliklərin aşkarlanmasında əhəmiyyət danılmazdır.

Genetik tədqiqatçı, DNT layihə admini, irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar Bakıvaxtı.az-a müsahibəsində genetik analizlərin əhəmiyyətinə toxunub.

Müsahibəni təqdim edirik:

- Orxan bəy, ölkəmizdə daha çox hansı irsi xəstəliklər yayılıb?

- Azərbaycanda nisbətən daha çox rast gəlinən irsi xəstəliklərə talassemiya, hemofiliya, fenilketonuriya, ailəvi şəkərli diabet, ailəvi ürək-damar xəstəlikləri, əzələ distrofiyaları və qohum nikahları ilə bağlı autosom-resessiv xəstəlikləri daxildir.

- Xəstəliklərin müalicəsində genetik analizlərin rolu nə dərəcədə böyükdür?

- Genetik analizlər müasir tibbdə fərdiləşdirilmiş müalicənin əsasını təşkil edir. Bu analizlər xəstəliyin dəqiq səbəbini aşkar edir, dərmanların effektivliyini və yan təsirlərini öncədən proqnozlaşdırır. Həmçinin lazımsız və yanlış müalicələrin qarşısını alır. Bu səbəbdən genetika artıq əlavə deyil, bir çox sahədə əsas diaqnostik vasitədir.

- Hansı xəstəliklərin müalicəsi və sağalma prosesində genetik analiz vacibdir?

- Genetik analiz xüsusilə bir çox xəstəliklərdə kritik rol oynayır. Bura onkoloji xəstəliklər (xərçəng növləri), nadir genetik sindromlar, autoimmun xəstəliklər, nevroloji xəstəliklər (epilepsiya, ALS, Parkinson), ürək-damar xəstəlikləri, metabolik xəstəliklər (fenilketonuriya və s.) və armakogenetika (dərmanlara fərdi reaksiya) kimi xəstəliklər daxildir.

- Genetik analizlərin onkoloji xəstəliklərin aşkar olunmasında rolu necədir?

- Genetik testlər xərçəngə irsi meylliliyi (BRCA1/BRCA2 və s.) aşkar edir. Şişin genetik profilini müəyyənləşdirir. Hədəfli terapiya və immunoterapiya seçimində əsas rol oynayır. Erkən mərhələdə riskin müəyyənləşdirilməsi ilə profilaktik tədbirlər görməyə imkan yaradır. Bu gün xərçəng müalicəsində genetika oyun dəyişdirən faktordur.

- Genetikanın dəyişməsi mümkündürmü və bu halda hansı risklər yarana bilər?

- Genetika tam dəyişmir. Lakin epigenetik dəyişikliklər (stress, qidalanma, mühit) genlərin fəaliyyətini dəyişə bilər. Süni gen müdaxilələri (gen terapiyası) hələ ciddi etik və tibbi risklər daşıyır. Nəzarətsiz gen dəyişiklikləri xərçəng və immun problemlərə yol aça bilər.

- İrsi xəstəliklər daha çox hansı yaşda üzə çıxır?

- Uşaqlıq dövründə (0–5 yaş) ağır genetik xəstəliklər, yeniyetməlikdə hormonal və metabolik xəstəliklər, yetkinlikdə (20–40 yaş) onkoloji və autoimmun xəstəliklər, orta və yaşlı dövrdə genetik meylli ürək və nevroloji xəstəliklər üzə çıxır.

- Sağlam insanlar da genetik analizlər verməlidirlərmi?

- Bəli. Bu analizi xüsusilə də irsi xəstəlik varsa, evlənmə və ya uşaq planlaması mərhələsində olan yaxud erkən yaşda xəstəlik riski olan şəxslər, idmançılar və ya xüsusi peşə sahibləri verməlidirlər. Sağlam insan üçün genetik test xəstəlikdən əvvəl xəbərdarlıq sistemidir. Genetik analizlər erkən diaqnoz, dəqiq müalicə, profilaktika, sağlam gələcək deməkdir. Müasir tibbin gələcəyi genetikaya əsaslanan fərdi yanaşmadır.

- Bu gün ölkəmizdə Azərbaycan elminin inkişafında yeni mərhələ yaradan Azərbaycan DNT Layihəsi mövcuddur. Bu layihə insanlarımıza nə qazandırır?

- Bu layihə ölkəmizdə ilk dəfə olaraq genetik tədqiqatların milli səviyyədə həyata keçirilməsini təmin edən elmi və strateji təşəbbüsdür. Layihənin əsas məqsədi Azərbaycanda yaşayan bütün xalqların genetik mənşəyini və etnogenezini müasir elmi metodlarla araşdırmaq, eləcə də bu sahədə müstəqil milli genetik verilənlər bazası formalaşdırmaqdır. Layihə çərçivəsində Y-DNT (ata xətti) və Autosomal DNT analizləri vasitəsilə Azərbaycan əhalisinin genetik mənşə xəritəsinin hazırlanması, genetik müxtəlifliyinin və tarixi qarışıqlarının öyrənilməsi üzrə tədqiqatlar aparılır. Həmçinin müxtəlif bölgələr üzrə genetik xəstəliklərə meyillilik, daşıyıcılıq və irsi sindromların populyasion səviyyədə təhlili də bura daxildir. Tarixi mənbələr və sənədlərlə paralel aparılan bio-tarixi və genetik rekonstruksiya tədqiqatları sayəsində artıq qlobal sferada Azərbaycana qarşı yönəldilən saxta ərazi iddialarına qarşı da elmi-genetik əsaslı dəlillər formalaşdırılır.

- Azərbaycan DNT Layihəsi bu gün artıq beynəlxalq elmi platformalarda və arenada rəsmi şəkildə tanınan ən prestijli layihədir.

- Bəli, Amerika Birləşmiş Ştatlarının nüfuzlu "FamilyTreeDNA" şirkətində layihənin xüsusi elmi bölməsi "Azerbaijan DNA Project" adı ilə  fəaliyyət göstərir. Hazırda layihə çərçivəsində əksəri ölkə daxilindən olmaqla, həmçinin dünyanın müxtəlif  ölkələrində yaşayan 1500-dən çox azərbaycanlının DNT nümunəsi toplanıb və elmi təhlil üçün sistemləşdirilib. Bu nümunələr əsasında Azərbaycan üçün ilk milli genetik xəritə formalaşdırılmaqdadır.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see157

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see145

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri