Icma.az
close
up
RU
Genetika ömür uzunluğuna necə təsir edir? ARAŞDIRMA

Genetika ömür uzunluğuna necə təsir edir? ARAŞDIRMA

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alimlər müəyyən ediblər ki, irsiyyət insanın ömür uzunluğuna əvvəl düşünüləndən daha güclü təsir göstərə bilər.

Ölkə.az xarici mediaya istinadla xəbər verir ki, Veytsman İnstitutu alimlərinin apardığı yeni araşdırmaya görə, genetika insan ömrünün uzunluğunda daha mühüm rol oynayır. Tədqiqatçıların hesablamalarına görə, irsi faktorlar insanlar arasındakı uzunömürlülük fərqlərinin təxminən yarısını izah edə bilər.

Müəlliflər bildirirlər ki, uzun illər elmdə belə bir fikir üstünlük təşkil edirdi: insan ömrünün uzunluğu əsasən həyat tərzi, ətraf mühit və təsadüfi amillərlə müəyyən olunur, genlərin rolu isə ikinci planda qalır.

Lakin yeni nəticələr göstərir ki, DNT-nin qocalma proseslərinə təsiri indiyədək ciddi şəkildə qiymətləndirilməyib.

Araşdırma çərçivəsində alimlər İsveç və Danimarkadan olan əkizlərə dair geniş məlumat bazalarını təhlil ediblər.

Araşdırmaya ayrı-ayrı mühitlərdə böyüyən bacı-qardaşların məlumatları da daxil edilib. Bu yanaşma irsiyyət və ətraf mühitin təsirlərini daha dəqiq ayırmağa imkan verib.

Bundan əlavə, mütəxəssislər riyazi modelləşdirmədən istifadə edərək virtual əkizlər sistemi yaradıblar. Bu metod vasitəsilə bədbəxt hadisələr, infeksiyalar və digər, birbaşa qocalma ilə bağlı olmayan ölüm səbəblərinin təsiri aradan qaldırılıb.

Bu düzəlişlərdən sonra məlum olub ki, genetik faktor ömür uzunluğuna əvvəlki araşdırmaların göstərdiyindən daha güclü təsir edir.

Alimlər izah edirlər ki, əvvəlki elmi modellər bioloji qocalmanı xarici amillərdən tam şəkildə ayırmağa imkan vermirdi. Bu səbəbdən genlərin təsiri olduğundan daha zəif görünürdü.

Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr qocalma və uzunömürlülüyün öyrənilməsinə yanaşmanı ciddi şəkildə dəyişə bilər. Genetik mexanizmlərin daha dərindən anlaşılması ömür uzunluğu ilə bağlı konkret genlərin müəyyənləşdirilməsinə, həmçinin sağlam və aktiv həyatın uzadılmasına yönəlmiş yeni tibbi metodların hazırlanmasına kömək edə bilər.(lent.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Aprel 2026 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri