Icma.az
close
up
RU
Geosiyasi trendlərin yeni kəsişmə məkanı

Geosiyasi trendlərin yeni kəsişmə məkanı

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Kamal Adıgözəlov

Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi indi hamı tərəfindən qəbul edilir. Bu gedişatın fonunda daha çox xaotik situasiyaların yarandığından bəhs olunur. Xüsusilə Cənubi Qafqazda hadisələrin tamamilə gözlənilməz şəkil alacağı, yeni ziddiyyətlər və münaqişələrin meydana gələ biləcəyindən ehtiyat edilir. Doğrudan da, bu regionda müxtəlif istiqamətlərdən qaynaqlanan geosiyasi trendlər yeni nisbətdə kəsişməkdədir. Bu proses özü ilə ənənəvi təhlükələr və risklərlə yanaşı, prinsip etibarilə yeni və uzunmüddətli böhran meyilləri gətirir. Digər tərəfdən, Qərbin uduzmaqda olduğu və buna görə daha riskli addımlar ata biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Rusiya da tərəddüdlü və xeyli ləng tərpənir. Bütün bunların Cənubi Qafqaza göstərə biləcəyi geosiyasi təsirlər üzərində geniş düşünməyə ehtiyac vardır.

Yaxın Şərqdən Cənubi Qafqaza "geosiyasi yerdəyişmə"

Suriyadakı məlum dəyişikliklərdən sonra dünyanın Cənubi Qafqaza diqqəti daha da artıb. Sanki növbəti geosiyasi aktivlik məkanı kimi Cənubi Qafqazı görürlər. Maraqlıdır, çünki "niyə məhz Cənubi Qafqaz?" sualı ritorik deyildir – adekvat cavab tapmaq lazımdır.

Cənubi Qafqaz həmişə qlobal geosiyasətin aktual mövzularından olub. İndiki mənzərənin fərqi isə ondadır ki, o, Yaxın Şərqdəki ciddi geosiyasi dəyişikliklərin kontekstində qiymətləndirilməlidir. Ona görə ki, bu, hər şeydən öncə, regionda müxtəlif ziddiyyətlərin və radikal fəaliyyətlərin meydana çıxa bilməsi ehtimalını artırır. Bu tezisi son bir neçə ayda regionda cərəyan edən geosiyasi proseslərin məntiqi də təsdiq edir.

2024-cü ilin iyul ayında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Cənubi Qafqazı Rusiyaya qarşı "ikinci cəbhə açmaq məkanı" kimi gördüklərini bəyan etmişdi (bax: Senate Foreign Relations Committee Hearing on the Future of Europe / NTD Television Network, July 30, 2024).

Bu bəyanat Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşması proqnozları fonunda verilmişdi. Yəni, Qərb, faktiki olaraq, rəsmən Rusiyanı Cənubi Qafqazdan siyasi, geosiyasi, iqtisadi olaraq sıxışdırıb çıxarmaq niyyətini bəyan etmişdi. Burada başlıca məqsədlərdən biri də Avropa ilə Çin arasında nəqliyyat-logistika dəhlizlərinin işini Rusiyadan yan keçməklə təmin etməkdən ibarətdir (bax: US seeks to choke off supplies via China for Russia’s war machine / Financial Times, May 30, 2024).

Bu əlamətləri analitiklər bütövlükdə kollektiv Qərbin "Avrasiya istiqamətində radikallaşması" kimi xarakterizə edirlər. Ümumi miqyasda isə Qərbin dünya hökmranlığının "keçmişə meyilləndiyi" dönəmdə məlum "yumşaq güc" siyasətindən "sərt güc" siyasətinə keçidin baş verdiyi vurğulanır (bax: Александр Ананьев. Южный Кавказ в фокусе геополитики (Часть 1) / Международная жизнь, 21 декабря, 2024).

Sonuncu tezis qlobal miqyasda ciddi nəzəri iddiadır. Çünki xeyli əvvəl dünyanın bir sıra məşhur politoloqlarının proqnozlaşdırdığı "geosiyasi yerdəyişmə" termininin Cənubi Qafqazda praktiki təsdiqi ilə bağlıdır. Əgər doğrudan da belədirsə, onda Cənubi Qafqazda gözlənilməz və riskli geosiyasi, hərbi, siyasi və iqtisadi proseslərə hazır olmaq gərəkdir. Yaxın Şərqdən əsən bu geosiyasi "səmum küləyi"nin radikal tərəfi güclüdür. Oradakı aqressiv enerji Cənubi Qafqazı da "silkələyə" bilər. Çox güman ki, son günlər məhz bu prosesi müşahidə edirik.

Nəzəri cəhətdən isə indiki mərhələdə dünyanın hər hansı regionunda "yumşaq güc"ü "sərt güc" əvəz edirsə, qlobal səviyyədə siyasətdə köklü dəyişikliklər prosesinin başlaması əlamətindən danışa bilərik. Məşhur tarixçi və publisist Cozef Nayın (kiçik) daxil etdiyi anlamda "yumşaq güc" nəzərdə tutulursa, bu, dünyada bütövlükdə geosiyasi mübarizənin dinamikası və keyfiyyətinin yeniləşməsi deməkdir. Yəni, burada hətta güclü dövlətlərin bir-birini "strateji təcridetmə" kursunun özünü göstərməsi mümkündür. Bu isə dünyada yenidən geosiyasi qarşıdurma sərhədlərinin dəyişdiyi anlamına gəlir. Tarixi təcrübə göstərir ki, belə şəraitdə Cənubi Qafqaz kimi regionlarda olduqca dərin geosiyasi silkələnmələr və qarşıdurmalar meydana gələ bilər.

Bu proqnozun fonunda Cənubi Qafqazda geosiyasi dinamikaya C.O’Braynın yuxarıda vurğuladığımız fikirlərinin prizmasından nəzər salsaq, kifayət qədər həssas situasiyanı görə bilərik. Onun bir sıra əlamətlərinə kompleks halda baxaq.

İki geosiyasi trendin kəsişməsi

Öncə onu vurğulayaq ki, dünyanın bir neçə güclü dövləti Cənubi Qafqazda geosiyasi parçalanmalar yaratmaq və onu aparıcı trendə çevirmək iddiasından əl çəkmirlər. Həmin qüvvələr Şərqi Avropada Ukrayna cəbhəsində, Yaxın Şərqdə Suriya düşərgəsində və Cənubi Qafqazda Qarabağ meydanında uğursuzluğa düçar olublar.

Vurğulanan regionlar bir-birindən coğrafi olaraq aralı olsalar da, geosiyasi kontekst onlara vahid bucaq altında baxmağa imkan verir. Kollektiv Qərb Qarabağda, Ukraynada, Suriyada geosiyasi və hərbi məğlubiyyətə uğramaqla yanaşı, geosiyasi mövqeyini də itirməkdədir. Bu proses Qarabağdan başlayıb Ukraynada davam edir, Suriyada isə Türkiyəyə böyük hesabla uduzmaqda özünü göstərir. Maraqlıdır ki, Suriyada Qərblə yanaşı, Rusiya və İran da Türkiyəyə məğlub oldu. Bir sıra ekspertlər hesab edirlər ki, Suriyada ABŞ, Avropa İttifaqı və İsrail də uğur əldə etdi. Lakin Qərbin bəslədiyi kürd qruplaşmalarının Amerikaya deyil, Rusiyaya yardım üçün müraciət etməsi onu göstərir ki, onlar Türkiyənin təzyiqlərinə Qərbin dözə bilmədiyinə əmindirlər. Bu səbəbdən də Türkiyənin "dostu" Rusiyadan barış yaratmağı xahiş edir.

Maraqlıdır ki, ekspertlərin əksəriyyəti Türkiyənin, əslində, Qərbi Suriyadan "qovduğundan" bəhs edirlər. Ankara açıq bəyan edir ki, kimsə Suriyanın daxili işlərinə qarışa bilməz. Və buna qarşı Qərbdən hər hansı tutarlı addım müşahidə edilmir. Deməli, real olaraq, Türkiyə Qərbi Yaxın Şərqdə sıxışdırır. Bunun da xüsusi mənası mövcuddur. Dəqiq desək, proseslər Yaxın Şərqdə aparıcı geosiyasi oyunçunun dəyişdiyini ifadə edir. Konkret olaraq, Türkiyə bütün qüvvələrdən önə çıxır. İndi ekspertlər Yaxın Şərqin digər ölkələrində özünü göstərməyə başlayan siyasi dəyişikliklərin sonunu gözləyirlər. Elə bu kontekstdə də Yaxın Şərq hadisələrinin Cənubi Qafqaza təsirlərinə nəzər sala bilərik.

Hələlik bu təsirlərin bir xətti qeyri-konstruktiv və dağıdıcıdır. Həmin xətti Qərb aparır. Yaxın Şərqdə sınaqdan çıxmış yeni problemlər və ziddiyyətlər yaratmaq üsulu Cənubi Qafqazda özünü göstərir. Bu, əsasən, Ermənistanın atdığı addımlarda, Gürcüstanı silkələməkdə və Rusiyanı bütün "pis işlər"də günahlandırmaqda öz əksini tapır.

Ermənistan, əsasən, Azərbaycanla sülh müqaviləsini imzalamamaq üçün müxtəlif bəhanələr axtarmaqla və silahlanmaqla onu büruzə verir. Rəsmi İrəvanın siyasi ritorikası da bəzən tam məntiqsiz və qeyri-ardıcıl olur. Məsələn, Nikol Paşinyanın "kaş "Qarabağ Azərbaycandır", deməyəydim" peşmançılığı bu qəbildəndir.

Gürcüstan isə hələ də Qərbin tərəfdarlarının radikal təzyiqləri ilə üz-üzədir. Orada indi iki prezident var və onlardan birini Qərb dəstəkləyir. Deməli, region üçün potensial olaraq Gürcüstanda xaos yaratmaq şansı qalır. Bu təhlükə böyüyüb region miqyasına yayılsa, onda bölgə xalqları yeni təhdidlərlə üz-üzə qalacaqlar.

Rusiya məsələsində isə vəziyyət daha da qarışıqdır. Kremlin həm Ukrayna, həm də Yaxın Şərq istiqamətində güclü geosiyasi-hərbi mübarizə aparmaq imkanlarının elə də geniş olmadığı aydınlaşdı. Bunlara son zamanlar Cənubi Qafqazın da əlavə olunması Moskva üçün yaxşı sürpriz deyildir. Bu, xüsusilə "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin Qroznı yaxınlığında atəşə tutulmasına olan reaksiyada özünü göstərməkdədir.

Moskva əvvəlcə "məsələni ört-basdır etməyə" çalışdı. Sonra proseslərin gedişində vəziyyətini "dəyişdi" və hadisədən üç gün keçəndən sonra Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng vuraraq təyyarə qəzası ilə bağlı üzrxahlığını ifadə etdi. Ancaq məsələ ondan ibarətdir ki, Rusiya hər kəsdən gec reaksiya verdi. Bu, ya, ümumiyyətlə, Kremlin böhranlı situasiyalara refleksiyasının zəifləməsindən, ya da məqsədli yanaşmasından xəbər verir. Hər iki variantda Rusiyanın Qafqazda kifayət qədər çevik olmadığının əlamətləri özünü göstərir.

Ancaq yaxşı ki, Cənubi Qafqazda fərqli bir geosiyasi trend də mövcuddur və o, kifayət qədər güclüdür. Həmin trendi Azərbaycan-Türkiyə tandemi yaradır. Bakı regionda kifayət qədər aktivdir. Azərbaycanın təklif etdiyi "3+3" formatı getdikcə daha geniş dairələrdə regionu birləşdirə biləcək geosiyasi platforma kimi xarakterizə edilir. Xüsusilə hazırkı şərtlər daxilində həmin formata ehtiyac daha da artıb.

Beləliklə, Cənubi Qafqaz yenidən tarixi anlarını yaşayır. Burada bir neçə xətt kəsişir və qarşılıqlı təsirlər sayəsində yeni geosiyasi reallıqlar yaranmaqdadır. Yaxın perspektivdə regionun geosiyasi taleyi həmin təsirlərin nisbətindən asılı olacaqdır. Hələlik mübarizə gedir və yekun nəticə yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Yanvar 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri