“Geri qaytarmaq mümkün deyil Kreditlə alışlarda istehlakçı hüquqları belə POZULUR
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azərbaycanda pərakəndə satış bazarında istehlakçı hüquqlarının ən çox pozulduğu hallar, əsasən kreditlə alış zamanı baş verir. Məişət cihazları, mobil telefonlar və digər texniki avadanlıqların qüsurları aşkarlandıqda, satış şirkətləri məhsulu geri qaytarmaqdan imtina edir və yalnız təmirə razılaşırlar. Bu isə istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
Onun sözlərinə görə, təmir edilmiş məhsulların bazar dəyəri təzə məhsuldan aşağı olur, lakin vətəndaş ilkin kredit ödənişinə davam edir:
"Beləliklə, kredit müqaviləsi çərçivəsində istehlakçı həm maddi, həm də hüquqi baxımdan zərər görür.Geyim bazarında da istehlakçı hüquqları zəif qorunur. Burada əsasən nağd alış-verişlər aparılır, qəbz verilmir və məhsulun geri qaytarılması və ya dəyişdirilməsi çətinləşir. Qeyri-rəsmi iqtisadiyyatın böyük payı bu problemi daha da artırır".
Ekspert bildirib ki, bu problemlərin həlli üçün içtərəfli müqavilələr standartlara uyğun hazırlanmalı, hüquqi normativlər təkmilləşdirilməli və kreditlə satışda, həmçinin geyim bazarında nağdsız alış-verişin və vergi uçotunun tətbiqi sərtləşdirilməlidir:
"Ərzaq bazarında isə şəbəkə marketlərinin yayılması və rəsmi vergi uçotu vasitəsilə istehlakçı hüquqları daha yaxşı qorunur.
Əsas hüquq pozuntuları məişət cihazları, texniki avadanlıqlar və yüngül sənaye məhsullarının kreditlə satışı zamanı ortaya çıxır. Bu sahələrdə istehlakçı hüquqlarının qorunması üçün mexanizmlərin gücləndirilməsi vacibdir".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
Onun sözlərinə görə, təmir edilmiş məhsulların bazar dəyəri təzə məhsuldan aşağı olur, lakin vətəndaş ilkin kredit ödənişinə davam edir:
"Beləliklə, kredit müqaviləsi çərçivəsində istehlakçı həm maddi, həm də hüquqi baxımdan zərər görür.Geyim bazarında da istehlakçı hüquqları zəif qorunur. Burada əsasən nağd alış-verişlər aparılır, qəbz verilmir və məhsulun geri qaytarılması və ya dəyişdirilməsi çətinləşir. Qeyri-rəsmi iqtisadiyyatın böyük payı bu problemi daha da artırır".
Ekspert bildirib ki, bu problemlərin həlli üçün içtərəfli müqavilələr standartlara uyğun hazırlanmalı, hüquqi normativlər təkmilləşdirilməli və kreditlə satışda, həmçinin geyim bazarında nağdsız alış-verişin və vergi uçotunun tətbiqi sərtləşdirilməlidir:
"Ərzaq bazarında isə şəbəkə marketlərinin yayılması və rəsmi vergi uçotu vasitəsilə istehlakçı hüquqları daha yaxşı qorunur.
Əsas hüquq pozuntuları məişət cihazları, texniki avadanlıqlar və yüngül sənaye məhsullarının kreditlə satışı zamanı ortaya çıxır. Bu sahələrdə istehlakçı hüquqlarının qorunması üçün mexanizmlərin gücləndirilməsi vacibdir".
Əfsanə Kamal
Demokrat.az

Məktəblərdə şagirdlərin hüquqları belə pozulur
18 İyul 2025 14:36
Yayda istehlakçı hüquqları daha çox pozulur Ekspert xəbərdarlıq edir
24 İyul 2025 13:02
Salyan OİL də əmək hüquqları pozulur
15 İyul 2025 18:13
Gəncədə tələbələrin hüquqları kobud şəkildə pozulur İDDİA
20 Fevral 2025 15:26
Azərbaycan Universitetində tələbə hüquqları pozulur ŞİKAYƏT VAR
10 İyul 2025 14:26

