Icma.az
close
up
RU
Yayda istehlakçı hüquqları daha çox pozulur Ekspert xəbərdarlıq edir

Yayda istehlakçı hüquqları daha çox pozulur Ekspert xəbərdarlıq edir

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Yay aylarında məhsul və xidmətlərə tələbatın artması fonunda istehlakçı hüquqlarının pozulması hallarında da ciddi artım müşahidə olunur. Bu, xüsusilə qida təhlükəsizliyi və xidmət keyfiyyəti ilə bağlı sahələrdə özünü göstərir. Qida məhsullarının düzgün saxlanılmaması, günəş altında satışa çıxarılması, soyuducu şəraitin olmaması və digər bu kimi hallar istehlakçıların sağlamlığı üçün risk yaradır.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istehlakçını ən çox narahat edən və hüquqlarının pozulmasına səbəb olan hallar günəşin təsirinə məruz qalan məhsullarla bağlıdır.

Onun sözlərinə görə, Bakının Puşkin və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən satış nöqtəsində su və şirələr birbaşa günəş şüaları altında saxlanılır:

“Xüsusilə plastik qablarda olan içkilərin bu şəkildə satılması yolverilməzdir və insan sağlamlığı üçün təhlükə yaradır”.


E.Hüseynov əlavə edib ki, yay aylarında çimərliklərlə bağlı da çoxsaylı şikayətlər daxil olur:

“Çimərliklərin ödənişli olması, hasarlanması və insanların öz qidalarını gətirməsinə icazə verilməməsi kimi hallar istehlakçı hüquqlarının pozulması faktıdır”.

Bundan əlavə, kənd təsərrüfatı məhsulları və ətin qiymətinin süni şəkildə artırılması da istehlakçılar arasında narazılıq doğuran əsas məsələlərdəndir.

Problemin həlli yolları

Ekspert bu problemlərin qarşısını almaq üçün bir sıra vacib tədbirlərin görülməsini tövsiyə edib:

"Qanunvericilik yenilənməlidir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun 1995-ci ildən dəyişdirilməyib və artıq müasir tələblərə cavab vermir. Mövcud qanun zəif olduğu üçün sui-istifadə halları baş verir. Monitorinqlər gücləndirilməlidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən daha çevik və səmərəli yoxlamalar aparılmalıdır".

Firuzə Əliyeva
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 İyul 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri