Icma.az
close
up
RU
Gəzməyə başlayan uşağa ayaqqabını tərs geydirməyin faydası varmı? Travmatoloqdan MƏSLƏHƏTLƏR

Gəzməyə başlayan uşağa ayaqqabını tərs geydirməyin faydası varmı? Travmatoloqdan MƏSLƏHƏTLƏR

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar uşaqlar arasında, əsasən də qız uşaqlarında böyüdükcə ayaqlarında problemlər yaranır. Bu problemlərdən ən geniş yayılanları içəbasma, düz ayaqlılıq müşahidə edilir.

Bəzən valideynlər uşaqlarında olan bu kimi ayaq problemlərinin aradan qaldırmaq üçün həkimə müraciət etmək yerinə nənələr tərəfindən məsləhət görülən üsullara üstünlük verirlər. Bu üsullardan biri də ayaqları düzəlməsi üçün  yenicə gəzməyə başlayan uşağa ayqqabılarının tərs geyindirilməsidir.  

Bəs görəsən, ayaqqabının tərs geyindirilməsi həqiqətən də işə yarayırmı? Ayaqlarının altı düz olan insanlar  gələcəkdə ciddi ürək və sair orqanların xəstəlikləri ilə üzləşirlərmi?  

Saglamolun.Az medicina.az-a istinadən bildirir ki, medicina.az-ın suallarını ortoped-travmatoloq Ceyhun Quliyev cavablandırıb:

İçəbasma problemi olan uşaqlara ayaqqabını tərs geyindirməyin heç bir xeyri yoxdur.  

"İçəbasma dedikdə, pəncənin içəriyə doğru dönük olmasından söhbət gedir. Çox zaman içəbasma problemi patologiya kimi qəbul olunmur. 90 faiz hallarda içəbasma fizioloji hal kimi qiymətləndirilir. Əgər bu problem uşaqda ciddi fəsad vermirsə, məsələn yeridikdə bir ayağı o birinə ilişərək yıxılmırsa, o zaman həkimlər bunu bir xəstəlik olaraq görmürlər və gözləmə mövqeyini tuturlar.

Uşağın inkişafı nəzarətə götürülür. Belə ki, əyriliyin dərəcəsindən asılı olaraq uşaq 6 aydan və ya 1 ildən bir müayinə edilir. Çünki uşaq böyüdükcə bu problemin heç bir müdaxilə olmadan düzəlmə ehtimalı yüksəkdir. Əgər uşaq böyüdükcə problem yalnız kosmetik olaraq qalırsa, onda da bu ciddi problem kimi qəbul edilmir.

İçəbasma yalnız uşağı yeriməyinə və qaçmağına maneə yaratdığı təqirdə həkim tərəfindən müdaxiləyə ehtiyac yaranır ki, bu zaman da çıxış yolu yalnız cərrahi əməliyyatdır. Amma buna çox nadir hallarda rastlanir. İçəbasma problemi əksər hallarda öz-özündən aradan qalxır".

Bəzən həkimlər bu problemi yaşayan uşaqlara ortopedik ayaqqabı geyinməyi və masaj məsləhət görürlər. Ayaqda olan hər hansı bir ortopedik problem aradan qalxmır. Bu çox səhv düşüncədir. İçəbasma zamanı masajın da heç bir təsiri olmur. Problemin aradan qalxması üçün uşağa kalsium içirənlər də az deyil. Amma bunlar sadəcə olaraq böyüməkdə olan uşaq orqanizmini daha da yükləyir.  Çünki bu problem bud-çanaq oynağının fizioloji quruluşundan irəli gəlir.   

"Təcrübəmizdə həm də içəbasmanı aradan qaldırmaq üçün bir çox anaların uşağa ayaqqabısını uzun müddət tərs geyindirmələri ilə də tez-tez rastlaşırıq. Bu da çox yalnışdır. İçəribasma problemi bununla da aradan qalxmır. Əksinə ayaqqabını tərs geyinmək bir sıra fəsadlara yol açır. Bu zaman içəbasma problemi olduğu kimi qalır amma uşaqda başqa ayaq problemləri yaranır. Çünki ayaqqabını tərs geyinmək ayağın quruğuşu dəyişdirir. Ayaqqabını uzun müddət tərs geyinməyə öyrəşən uşaq bundan sonra onu düz geyinməyə və onunla yeriməyə öryəşməlidir. Bu isə uşaq üçün çox çətin olur".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri