Icma.az
close
up
RU
Gicitkən möcüzəsi 1001 dərdin dərmanı

Gicitkən möcüzəsi 1001 dərdin dərmanı

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Tərkibindəki zəngin maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb edib. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılıb. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir.


Bü cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılıb. Urtica — latınca «yandırmaq», «dalamaq» mənasını bildirir. Gicitkənin yarpaq və gövdələrinin üstü silisium və qarışqa turşusu ilə dolu sıx tükcüklərlə əhatə olunmuşdur. Bu tükcüklərin ucu iti və kövrəkdir. Bitkiyə toxunduqda ani halda tükcüklərdən bir neçəsi dərinin toxumasına batır və ucları asanlıqla qırılır. Elə bu vaxt silisium və qarışqa turşusunun qarışığından ibarət çox kəskin yandırıcı və dalayıcı xüsusiyyətə malik maye dərinin içərisinə daxil olur.


Gicitkən qiymətli dərman bitkisidir. İstər xarici ölkələrdə, 'istərsə də respublikamızda gicitkən dərman-bitkisi kimi işlədilir. Polşa xalq təbabətin71 də ondan qankəsici kimi, qara ciyər xəstəliklərində, oynaqlarda baş verən revmatizm əleyhinə və başda tükün tökülməsinə qarşı geniş istifadə olunur. Bolqarıstan və Almaniyada qanazlığına, ateroskleroza, əzələ və oynaq revmatizminə, suçiçəyinə, böyrək və sidik kisəsi soyuqdəymələrinə, qara ciyər, öd kisəsi, mədə-bağırsaq spazmalarma, həmçinin, babasil, dəridə baş verən göbələk və s. xəstəliklərə qarşı müvəffəqiyyətlə istifadə edilir. Fransada uzunsürən kəskin xroniki bağırsaq iltihabında, eləcə də vərəm, dizenteriya və s. xəstəliklərin müalicəsində işlədilir. Cavan gicitkən yarpaqlanndan alman şirədən öd yollarında əmələ gələn daşlarn əridilməsində, eləcə də qara ciyərin soyuqlamasında və iflicə qarşı istifadə olunur. Kökündən və toxumlarından hazırlanmış cövhərin şəkərlə qanşığı böyrək və öd yollarında çoxdan kök salıb bərkimiş daşların əridilməsinə kömək edir. Həvəngdəstədə döyülüb əzilmiş gicitkəndən oynaqlarda və eləcə də əzələlərdə əmələ gələn revmatizmə və radikulitə qarşı yapışdıncı məlhəm kimi istifadə edilir. Gicitkəndən hazırlanan preparatlardan babasil xəstəliklərində baş verən qanaxmalarda, mədə yaralarında, vitamin çatışmazlığında geniş istifadə olunur. Bu xəstəliklərin sağalmasına kömək edən onun tərkibində olan C, Кvitaminləri, karotin və xlorofıll birləşmələridir. К vitamini qankəsicidir. Xlorofıl orqanizmin həyat fealiyyətini gücləndirir, maddələr mübadiləsini yüksəldir, uşaqlığın tonusunu artırır, mədə-bağırsaq, ürək-damar sistemlərinin normal işləməsinə şərait yaradır. Orqanizmin yeni toxumalarla təmin olunmasında və eləcə də toxuma pozuntularının qarşısını almaqda böyük rol oynayır. Bir sözlə, xlorofıl orqanizmdə baş verən normal həyat fəaliyyətinin nizamlanmasında əsas rol oynayır.


Gicitkənin yarpaq və kökündən müalicə preparatlannı hazırlamaq üçün lazım olan xammah may-iyul aylarında, çiçəkləməsinin axırına yaxın toplamağı məsləhət görürlər. Gicitkəndən hazırlanan preparatlardan istifadə etməzdən əvvəl həkimlə məsləhət edin. Qızdırma zamanı doğranmış gicitkən kökünə sarımsaq qatıb suda qaynadırlar. Alınmış cövhər xəstənin bədəninə sürtülür və gündə 3 dəfə bir xörək qaşığı qəbul edilir. Gicitkən toxumalarından hazırlanmış cövhər insan və heyvanlarda həvəsi artırır. Ondan hazırlanmış vanna isə məxmər xəstəliyinə, tərləmə əleyhinə və günəş istiliyi nəticəsində bədəndə əmələ gələn yanıqlann müalicəsinə kömək edir. Uşaqlıq və eləcə də kəskin aybaşı qanaxmalarında. Cavan zoğ və yarpaqlanndan alınmış şirədən bir çay qaşığı həcmində stəkanm 1/4 hissəsi qədər suyun üzərinə töküb yeməyə 15-20 dəqiqə qalmış gündə 3 dəfə qəbul edin. Müalicə kursu 7 gündür.
Zəhərlənmə zamanı baş verən qanaxmalarda. 3 xörək qaşığı təzə kök və zoğu 1 stəkan suya töküb 1 saat dəmlədikdən sonra süzün. Gündə 3 dəfə stəkann 1/4 hissəsi qədər yeməyə 30 dəqiqə qalmış qəbul edin. Müalicə müddəti 2-3 gündür. Bir sıra xarici ölkələrdə yarpağından alınan şirəsindən tüklərin dibinin möhkəmləndirilməsində, qovağın təmizlənməsində, cövhərindən isə daşlaşmaya qarşı işlədilir. Ziyili də müalicə edirlər.
Materialın hazırlanmasında “XXI əsrin dərman bitkiləri” nəşrinə istinad olunub.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri