Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Gilas və albalı bu il gec yetişəcək: “Ziyan olacaq”

Gilas və albalı bu il gec yetişəcək: “Ziyan olacaq”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprel ayı yaz əkinlərinin sürətlə aparıldığı, kənd təsərrüfatında canlanmanın başladığı dövrdür. 

Lakin hazırda ölkə ərazisində dəyişkən hava şəraiti, güclü külək və  yağış müşahidə olunur. Bu cür hava şəraiti məhsuldarlığa mənfi təsir edəcəkmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bir- iki gün yağış yağması o qədər də ciddi təsir göstərməsə də, uzun müddət davam etməsi meyvə bağlarında məhsulun keyfiyyətini aşağı sala və meyvənin zay olmasına səbəb ola bilər. 

Onun sözlərinə görə, bu il albalı və gilası bir az gec görə bilərik: 

“Havanın bu cür yağışlı və dəyişkən keçməsi, ümumiyyətlə, bütün bitkilərin inkişafına mənfi təsir göstərir. Məsələn, may ayında yetişməsi gözlənilən meyvələr bir qədər gecikəcək. Temperaturun aşağı düşməsi bitkilərin vegetativ orqanlarının inkişafına mənfi təsir edir. Bu səbəbdən albalı və gilas kimi meyvələri bir qədər gec görə bilərik. Bu prosesin nə qədər yubanacağı isə soyuq günlərin sayından asılıdır. Digər tərəfdən, indi ağaclar çiçəkləyir. Külək tozlanma prosesinə müəyyən qədər müsbət təsir göstərsə də, yağış damcıları çiçəyin üstünə düşdükdə tozlanma pozulur. Bu da həmin çiçəklərdə meyvə əmələ gəlməsinin qarşısını alır və nəticədə məhsuldarlıq aşağı düşür”. 

Amma ekspert onu da qeyd edib ki, 1-2 gün davam edən yağış məhsuldarlığa ciddi zərər vura bilməz:

“Çünki təbiət özünü tənzimləmə xüsusiyyətinə malikdir. Əgər diqqət etsəniz, çiçəklər mərhələli şəkildə açılır. Biz çox zaman onların eyni anda çiçəklədiyini düşünürük, amma əslində bu proses tədricən baş verir. Belə olan halda, yağışlı günlərə düşməyən çiçəklərdən meyvə əmələ gəlir”. 

Ekspert qeyd edib ki, 2-3 üç günlük yağış bitkilərə zərər vermir, əksinə, xeyir edir: 

“Bir- iki gün yağış yağması o qədər ciddi təsir göstərməsə də, uzun  davam etməsi meyvə bağlarında məhsulun keyfiyyətini aşağı sala və meyvənin zay olmasına səbəb ola bilər. Birillik bitkilərə gəldikdə isə, hazırda əkin sahələrinə səpilmiş toxumlar üçün 2-3 günlük yağış zərərli deyil, əksinə, faydalıdır. Yağış torpağın nəmliyini qoruyur və bu da toxumların cücərməsi üçün vacib olan rüşeymin inkişafına müsbət təsir göstərir”. 

Akif Nəsirli vurğulayıb ki, yağış və küləyin təsir etdiyi bölgələrdə zəmilərdə məhsuldarlığın aşağı düşəcəyi qaçılmazdır: 

“Heyvandarlıq sahəsində birinci biçin dövrü, təxminən aprelin 15-dən sonra başlayacaq. Hazırda yonca tam yetkin vəziyyətdədir. Əgər biçin zamanı həm yağış, həm də külək eyni vaxtda olarsa, yonca sahələrində ciddi çətinliklər yaranacaq. Yaş otun yerə aşması biçimi çətinləşdirir və məhsul itkisinə səbəb olur. Eyni vəziyyət taxıl zəmilərində də müşahidə olunur. Hazırda buğda və arpa sahələri intensiv suvarma dövründədir. 

Suvarmadan sonra külək əsərsə, yaş torpaq və ağırlaşmış sünbüllər səbəbindən taxıl yıxılır. Bu isə bitkinin havalanma sistemini pozur, quruma prosesi ləngiyir və kombaynla biçim zamanı itkilər artır. Yağış və külək hansı bölgələrdə zəmiləri tutsa, orda məhsuldarlıq aşağı olacaq. Hansı sahələri suvarılandan sonra külək tutubsa, o sahələrdə artıq məhsuldarlıq aşağı düşəcək”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Gilas albalı ziyan Akif Nəsirli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Aprel 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri