Icma.az
close
up
RU
Ginekomastiya kişiləri utandıran problem

Ginekomastiya kişiləri utandıran problem

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ginekomastiya - yunan sözüdür, "gyne" qadın, "mastos" süd vəzi kəlimələrinin birləşməsindən əmələ gəlib.

Endokrinologiyada ginekomastiya termini altında kişilərdə döş vəzilərinin birinin və ya hər ikisinin böyüməsi ilə xarakterizə olunan patoloji hal anlaşılır. Döş vəzlərinin ölçüsü 1 sm-dən 10 sm-ə qədər böyüyə və böyümə ilə yanaşı toxumada bərkimə, toxunma zamanı ağrı əlamətləri yarana bilər. Yeniyetmələrin yarısında, cavan kişilərin 50, yaşlıların 60 faizində ginekomastiyaya rast gəlinir, fiziki diskomfortla yanaşı bir sıra psixoloji sıxıntılar da meydana gəlir.

Kişilərdə ginekomastiya iki cür olur: həqiqi (fizioloji) və yalançı (psevdoginekomastiya). Normal halda kişilərin döş vəzi rudiment orqan olub az miqdarda vəz və piy toxumalarından ibarətdir. Ona görə də ona qadınlarda olduğu kimi süd vəzi deyil, döş vəzi deyilir. Həqiqi ginekomastiya zamanı vəzili toxumalar artdığı halda psevdoginekomastiyada orqanizmin ümumi piylənməsi nəticəsində döş vəzilərində piy toxumasının çoxalması müşahidə edilir.

Bəzi yaş dövrlərinə ginekomastiyanın inkişafı daha xarakterikdir:

- Yenidoğulmuş körpələrin 90 faizində aşkarlanan ginekomastiyanın səbəbi bətndaxili inkişaf dövründə ananın estrogenlərinin dölün orqanizmə təsiridir və körpə həyatının ilk aylarında çəkilir.

- Yeniyetmələrin ginekomastiyası pubertat yaşda olan oğlanların yarısında izlənir, orqanizmin hormonal yenidənqurması və qadın cinsi hormonlarının miqdarının androgenlərə nəzərən çoxluğu ilə izah olunur və cinsi formalaşma başa çatmağa yaxın reqressiyaya uğrayır.

- Ginekomastiya 55-80 yaş arası kişilərdə testosteronun ifrazının azalması və estrogenlərin nisbi olaraq artması zamanı yaranır.

Səbəbləri

Döş vəzlərinin böyüməsi hipofizin prolaktin hormonunun və estrogenlərin təsiri nəticəsində baş verir. Kişi orqanizmində normada 0,001%-dən çox olmayaraq estrogenlər olur. Hormonal balansın estrogenlərin artması istiqamətində dəyişməsi testosteronun nisbi olaraq azalması və toxumaların ona qarşı həssalığının zəifləməsinə səbəb olur. Həmin disbalans hipofiz, böyrəküstü və mədəaltı vəz şişlərində, prostat adenomasında və Addison xəstəliyində yaranır. Həqiqi ginekomastiya maddələr mübadiləsinin pozulması ilə gedən bəzi xəstəliklərdə - diffuz toksiki zob, şəkərli diabet, piylənmə, infeksiya və intoksikasiyalarda, steroid və sitostatik praparatların qəbulu zamanı inkişaf edir. Nadir hallarda kortikosteroid preparatların, antidepressantların, narkotik maddələrin və alkoqolun qəbulu da ginekomastiyanın yaranmasına səbəb olur.

Qanda estrogenlərin artmasına səbəb olan amillər arasında:

- bəzi xəstəliklərin, məsələn, prostat vəz xərçənginin müalicəsi zamanı estrogen tərkibli preparatların istifadəsi;

- xayaların Leydiq hüceyrələrinin xərçəngi zamanı həmin hüceyrələrin ifraz etdiyi estradiolun qadın və kişi cinsi hormonları arasında balansı pozması;

- qadın cinsi hormonları ifraz edən böyrəküstü vəz şişləri;

- xəstədə insan xorionik qonadotropini ifraz edən şişin yaranması.

Qanda testosteronun azalması da estrogenlərin nisbi artımına və ginekomastiyanın əmələ gəlməsinə gətirib çıxarır. Testosteronun azalmasının səbəbləri:

- yaşlanma dövründə cinsi funksiyanın zəifləməsi;

- birincili hipoqonadizm, məsələn, Klaynfelter sindromu zamanı cinsi funksiyaların anadangəlmə pozulması;

- xəstələrin uzun müddət qida məhdudiyyətindən sonra intensiv qidalanması;

- böyrəklərin xroniki çatışmazlığı zamanı mütəmadi hemodializin aparılması;

- qaraciyər funksiyasının çatışmazlığı və fermentativ aktivliyinin azalması nəticəsində kişi cinsi hormonlarının natamam parçalanması və estrogenlərə çevrilməsi;

- tireotoksikoz;

- insan immunodefisit virusu ilə yoluxma.

İnkişaf mərhələləri

Ginekomastiyanın inkişafı üç mərhələdə gedir. Başlanğıc mərhələ - 4-5 ay davam edir, düzgün müalicə nəticəsində proses geriyə dönə bilir. Aralıq mərhələ - 4 aydan 12 aya qədər davam edir, həmin müddətdə vəzin toxuması yetişir və həcmi artır, dəyişikliklər reqressə uğramır. Fibroz mərhələ - yetkin birləşdirici toxumanın inkişafı və vəzin toxuması ətrafına piylərin toplanması gedir, prosesin geri sorulması praktik olaraq mümkün olmur.

Əlamətləri

Ginekomastiyada kişilərin döş vəziləri 150 qrama qədər böyüyə bilir, ümumi hipertrofiya ilə yanaşı areola və vəzin giləsi də böyüyür və kəskin piqmentləşir. Bir sıra hallarda xəstələr vəzdən ifrazat olmasından, paltar geyinərkən yaranan həssaslıq və ağrıdan şikayət edirlər. Proses hormonal şişlər fonunda yarananda döş vəziləri çox sürətlə böyüyür, təzyiq hissi və güclü ağrılar müşahidə olunur. Xüsusilə prolaktin hormonunun artması fonunda yaranan ginekomastiya zamanı kişidə cinsi aktivliyin azalması, spermada hərəkətli spermatozoidlərin sayının azalması və mərkəsi sinir sisteminin zədələnməsini göstərən əlamətlər aşkar olunur.

Müalicə

Çox vaxt ginekomastiyanın fizioloji növləri müalicə tələb etmir və öz-özünə keçib gedir. Yeniyetmələrdə isə əsasən cinsi inkişaf başlayandan 2-3 ay sonra geriyə sorulur.

Patoloji ginekomastiyanın müalicəsində səbəb olan əsas xəstəliyi sağaltmaqla prosesi geriyə döndərmək olur. Orqanizmdə estrogenlərin miqdarını azaltmaq və hormonal balansı tənzimləmək üçün testosteron preparatları və ya estrogenlərin döş vəzinə təsirini blokada edən preparatlar təyin olunur. Eyni zamanda xəstəyə təbii sakitləşdirici preparatlar da təyin olunur. Damotu, pişikotu və pion bitkilərinin dəmləmələri, yaxud bitki kompleksi əsasında hazırlanmış Sedativ çay, Nat-Sedativ kapsulu və Nevronat şərbətindən istifadə etmək məsləhətdir.

Döş vəzinin cərrahi yolla çıxarılması əsas xəstəlik müalicə olandan sonra aparılır və ölçüsü 5 sm-dən böyük olan vəzlər çıxarılır.

Yalançı ginekomastiyada isə müalicəyə bədən çəkisini azaltmaqla başlanılır. Qida rejiminə fikir vermək, meyvə-tərəvəzlərə, süd məhsullarına üstünlük vermək tövsiyə olunur.

Mənbə: HerbaFlora jurnalı

 

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri