GL Group : İstismarda olan yetkin yataqlarda hələ də böyük potensial mövcuddur
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İstismarda olan yetkin yataqlarda hələ də böyük potensial mövcuddur.
"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən "GL Group" şirkətinin Baş icraçı direktoru və Məşvərət şurasının sədri Asif Zeynalov bildirib.
"Müasir texnologiyaların tətbiqi, əməliyyat intizamının gücləndirilməsi, kapitalın səmərəli bölüşdürülməsi və təşkilati imkanların inkişaf etdirilməsi sayəsində bu potensialı üzə çıxarmaq mümkündür", - Asif Zeynalov qeyd edib.
Onun sözlərinə görə, şirkət Azərbaycanın perspektivlərinə böyük nikbinliklə yanaşır və bu gün burada olmaqdan məmnundur.
"Növbəti mərhələdə əlavə dəyər yaratmaq üçün fəaliyyətimizi daha peşəkar səviyyəyə yüksəldə bilərik. Buna isə yalnız birgə əməkdaşlıq yolu ilə nail olmaq mümkündür. Mən həqiqətən inanıram ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün çox böyük imkanlar mövcuddur" - Asif Zeynalov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 02 İyun 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















