Icma.az
close
up
RU
“Gold Qayalı”da vaxtı keçmiş məhsul satılır FOTO

“Gold Qayalı”da vaxtı keçmiş məhsul satılır FOTO

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaxtı keçmiş məhsulların mağazalardan yığışdırılması istiqamətində işlər aparılsa da, bunu qənaətbəxş hesab etmək olmaz. Belə ki, bəzi marketlər hələ də bu məsuliyyəti dərk etmir.

Bakıvaxtı.az-ın məlumatına görə, marketlərin piştaxtalarını bəzən vaxtı keçmiş məhsullar "bəzəyir". Belə xoşagəlməz halla vətəndaş Sumqayıtda yerləşən “Gold Qayalı” mağazasında rastlaşıb.

Onun redaksiyamıza etdiyi şikayətdə bildirilir ki, marketdən aldığı mayonezin üzərindəki tarixə sonradan diqqət yetirib. Belə ki, məhsulun üzərində son istifadə tarixi olaraq 12 mart 2025-ci il göstərilib. Məhsul isə may ayında, yəni istifadəyə yararlılıq müddətindən təxminən iki ay sonra satılıb.

Şikayətçinin sözlərinə görə, məhsulu qaytarmaq üçün marketə yaxınlaşdıqda mağaza əməkdaşları bu vəziyyəti adi hal kimi qarşılayıblar:

“Vaxtı keçmiş malın satıldığına görə bizdən üzr belə istəmədilər. Sanki belə də olmalı imiş kimi “verin dəyişdirək” dedilər”.

Vətəndaş vurğulayıb ki, sonradan vitrinə yaxınlaşdıqda orada eyni tarixdə vaxtı bitən daha 2 ədəd mayonez vardı:

“Bizim məhsulumuzu dəyişdirdikdə digər vaxtı keçmiş mayonezləri vitrindən götürdülər”.

Həmin şəxs son istifadə tarixinə diqqət etməsə, yaşana biləcək bədbəxt hadisədən narahat olduğunu da qeyd edib:

“Bu, məsuliyyətsizlikdir. Onu yeyib zəhərlənsəydik, kim cavabdeh olacaqdı? Sadəcə “verin dəyişək” deməklə məsələ bitir? Gün ərzində minlərlə vətəndaş həmin supermarketdən alış-verişlərini edir. Bu hal tək bizim ailənin yox, minlərlə insanın sağlamlığı ilə oynamaqdır”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 May 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri