“Gold” MTK yüzlərlə ağacı məhv etdi Foto fakt
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nərimanov rayonunda qanunsuz tikintilərin aparılması və yaşıllıqların məhv edilməsi davam edir.
Tribunainfo.az xəbər verir ki, rayonun Fətəli Xan Xoyski prospekti 130 ünvanda “GOLD” MTK-nın tikinti işləri apardığı ərazidə 100-dən çox ağac kəsilərək məhv edilib.
Kəsilən çox illik ağacların yerində tikinti işləri aparılır. Bir meşəlik ərazi boyda yerdə olan ağacların məhv edilməsi sakinləri narahat etsə də, aidiyyəti qurumların nədənsə diqqətini çəkməyib.
Ölkə başçısı İlham Əliyev bütün çıxışlarında dəfələrlə şəhərimizin yaşıllaşdırılmasına və ağacların qorunmasına diqqət yetirilməsinin vacibliyinə toxunduğu halda Nərimanov Rayon İcra Hakimiyyəti bu kimi hallara qarşı susur və göz yumur. Sözügedən rayonun ən mərkəzi prospektlərindən birində yüzlərlə ağac məhv edilir, ancaq Nərimanov İH və digər aidiyyəti qurumlar bu yaşıl terroru görməzdən gəlir.
Gülşən
Baxış sayı:88
Bu xəbər 01 Mart 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















