Gömrük Komitəsinin ayrıca bir qurum kimi qalmasına ehtiyac yoxdur Natiq Cəfərli
Sitat.info saytına istinadən Icma.az xəbər verir.
"İllərdir deyirik ki, Dövlət Gömrük Komitəsinin ayrıca bir qurum kimi qalmasına heç bir ehtiyac yoxdur. Dünyanın nadir ölkələrində bu sahədə ayrıca qurum fəaliyyət göstərir".
Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, Dövlət Gömrük Komitəsi ilk növbədə hərbisizləşdirilməlidir: "Onların rütbələrinin olmasının da mənası yoxdur – bu ötən əsrlərdən, rus imperiyasından miras qalan “ənənədir”. Komitə ya İqtisadiyyat, ya da Maliyyə Nazirliyinin tərkibində kiçik bir departament kimi, sahibkarın üzünü görmədən fəaliyyət göstərən bir quruma çevrilməlidir. Başqa çıxış yolu yoxdur – son zamanlarda baş verən həbslər nə birincidir, nə də sonuncu, 34 illik müstəqillik dövründə dəfələrlə Dövlət Gömrük Komitəsində korrupsiya və digər qanun pozuntuları ilə aşkarlanıb. Deməli bu strukturun özünün problemi var. Ola bilməz ki, yüzlərlə insanın hamısı cinayətkar olsun".
İqtisadçı hesab edir ki, Gömrük Komitəsi ayrıca bir qurum kimi kökündən ləğv edilməli, işçi sayı kəskin azaldılmalı və yeni formatda nazirliklərin birinin tabeçiliyinə verilməlidir.
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 24 Dekabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















