Icma.az
close
up
RU
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı yenidən şikayətini geri götürdü

Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı yenidən şikayətini geri götürdü

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Ali Məhkəmədə Dövlət Gömrük Komitəsinin (DGK) qanunsuz avtomobil idxalı müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunan eksperti Aslan Bayramovun barəsindəki qərardan yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.  

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Bayramov 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmədə şikayətə baxılarkən elan edilib ki, Aslan Bayramov kassasiya şikayətini geri götürüb.

Qeyd: A.Bayramov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. O, məhkəmədə özünü təqsirli bilmədiyini deyib. İttihamda deyilir ki, DGK-nin Gömrük Ekspertizası İdarəsinin eksperti Aslan Bayramov ayrı-ayrı şəxslərdən rüşvət qismində 13 min 500 manat məbləğində pul alıb. O, sözügedən vəsait müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib. A.Bayramova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham verilib.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 İyun 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see135

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see132

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see130

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see126

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see124

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see122

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see121

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see121

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see121

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see121

Fəst fuddan daha təhlükəli balıq yeməkləri

10 İyun 2025 19:20see120

Ukrayna Rusiyayla yeni əsir mübadiləsi planlaşdırır

10 İyun 2025 20:09see119

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see119

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see118

ABŞ da iğtişaşlar Kaliforniyadan digər ştatlara da yayılıb...

10 İyun 2025 19:45see117

COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik

10 İyun 2025 22:27see115

Anons verildi: Bu ölkə ilə mühüm müzakirələr gedir Yaxın gələcəkdə...

10 İyun 2025 20:01see114

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see113

Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? AÇIQLAMA

10 İyun 2025 22:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri