Gömrük yığımlarının məbləğlərində dəyişiklik: Qiymətlər artacaq?
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib.
Qərara əsasən, bundan sonra "dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar"ın (dəmir armaturlar) bir tonu üçün 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə vərəqlərin bir tonu üçün isə 100 manat gömrük yığımları tətbiq ediləcək. Qərar bu il iyunun 30-na qədər qüvvədədir.
Maraqlıdır, gömrük yığımlarının tətbiqi qiymət artımına səbəb olacaq?
Məsələ ilə bağlı Oxu.Az-ın sualını cavablayan iqtisadçı Xalid Kərimli qeyd edib ki, idxal rüsumu həmişə qiymətlərin artımına gətirib çıxarır.
Onun sözlərinə görə, idxal olunan məhsulların bahalaşması yerli istehsalçılara məhsullarını daha yüksək qiymətə təklif etməyə şərait yaradır:
"Yerli istehsalçılar idxalla mübarizə aparmaq üçün məhsulu nisbətən aşağı qiymətə təklif edirdilər. Yeni idxal rüsumları ilə əlaqədar onlar da məhsullarını yüksək qiymətə satacaqlar. İstənilən halda armatur bazarında qiymət artacaq".
İqtisadçı qeyd edib ki, idxal rüsumunu tətbiq etməyin üç səbəbi var:
"Bunlar büdcəyə vəsait toplamaq, yerli sənayeni müdafiə etmək, istehlakçıların davranışlarını istiqamətləndirməkdir".
Aygün Mirakif
Baxış sayı:60
Bu xəbər 13 Yanvar 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















