Icma.az
close
up
RU
Görülən işlərlə tanış olmaq siyasi partiyalar üçün çox əhəmiyyətlidir PARTİYA SƏDRLƏRİ DANIŞDI

Görülən işlərlə tanış olmaq siyasi partiyalar üçün çox əhəmiyyətlidir PARTİYA SƏDRLƏRİ DANIŞDI

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi partiya sədrlərinin növbəti Qarabağ səfəri baş tutub. Səfər Prezident Administrasiyasının Siyasi partiyalarla və parlamentlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib. Bu, partiya rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə səkkizinci səfəri olub. SİA mövzu ilə bağlı partiya sədrləri arasında sorğu edib.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Prezident Administrasiyasının Siyasi partiyalarla və parlamentlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə bu yaxınlarda bir sıra siyasi partiya rəhbərləri, media nümayəndələri və politoloqlar işğaldan azad olunmuş Cəbrayıl və Zəngilanda oldular. Bu, siyasi partiya rəhbərlərinin azad olunmuş ərazilərə səkkizinci səfəri idi.

Bu səfərlərin əhəmiyyətini iki istiqamətdə qiymətləndirmək olar:

Birinci istiqamət — ölkədə yaradılmış siyasi dialoq mühitinin möhkəmləndirilməsidir. Əvvəllər siyasi partiyalarla hakimiyyət arasında münasibətlər heç də sağlam deyildi. Aralarında vasitəçilik edən bəzi dairələr münasibətlərin normallaşmasında maraqlı olmur, öz təsir imkanlarını qorumağa çalışırdılar. Lakin bu vəziyyətə son qoyuldu. İndi siyasi partiyalarla hakimiyyət arasında qarşılıqlı hörmətə və ədalətə əsaslanan normal münasibətlər formalaşıb. Xüsusilə 44 günlük Vətən müharibəsindən öncə bunun əsası qoyulmuşdu. Prezidentin siyasi iradəsi nəticəsində partiyalarla iş sahəsində ciddi addımlar atıldı, əməkdaşlıq mühiti yaradıldı. Həmin dialoq mühitinin tərkib hissəsi kimi bu səfərlər də mühüm rol oynayır. Beləliklə, yalnız hakimiyyətlə müxalifət deyil, müxtəlif partiyalar arasında da normal, insani münasibətlər qurulub. Bu, təqdirəlayiqdir.

İkinci istiqamət — işğaldan azad olunmuş torpaqlarla tanışlıqdır. Bu ərazilər uzun müddət işğal altında qalıb, xalqımız çox əziyyət çəkib. Ona görə də yerində informasiya almaq, görülən işlərlə tanış olmaq siyasi partiyalar üçün çox əhəmiyyətlidir. Qısa zaman ərzində bu torpaqlarda böyük layihələr həyata keçirilir. İnfrastruktur qurulur: yollar, tunellər, dəmir yolları, elektrik və qaz xətləri, su xətləri, sosial obyektlər və yaşayış evləri tikilir. Əvvəlcə ərazilərin minalardan təmizlənməsi həyata keçirilir. Bu istiqamətdə də ciddi işlər aparılır və bu proses uzun illər davam edəcək. Orada çalışan peşəkar mütəxəssislərə can sağlığı və uğurlar arzu edirik. Biz də səfər zamanı bir tank əleyhinə minanın zərərsizləşdirilməsinin şahidi olduq.

Səfər çərçivəsində Cəbrayıl şəhərinin mərkəzində, tikinti meydançalarında olduq, görülən işlərlə yerində tanış olduq. Sonra Zəngilana yollandıq. Orada su elektrik stansiyasına baxış keçirdik. Məlum oldu ki, bu stansiya Qarabağın elektrik enerjisi ilə təmin edilməsində böyük rol oynaya bilər. Balıqçılıq təsərrüfatı üçün də geniş imkanlar yaradılır. Ağalı kəndində yeni tikilən evlərə baxış keçirildi.

Sonda qeyd etmək istəyirəm ki, bu səfərlər çox əhəmiyyətlidir. Siyasi təşkilat rəhbərləri yerində vəziyyətlə tanış olduqdan sonra bu məlumatı həm ictimaiyyətə, həm də xarici ölkə nümayəndələrinə çatdırmaq imkanı əldə edirlər. Bu, ümumi işimizə müsbət təsir göstərəcək. Səfərin təşkilatçılarına, iştirakçılarına və sizə təşəkkür edirəm”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı: “Bu səfərlərdə partiya sədrləri, millət vəkilləri, aparıcı media rəhbərləri və ekspertlər birgə iştirak edirlər. Səfər çərçivəsində müzakirələr və səmimi söhbətlər olur. İştirakçılar arasında ölkədə, regionda, qonşu dövlətlərdə və dünyada baş verən siyasi hadisələr ətrafında müzakirələr aparılır. Həmçinin, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə müxtəlif məsələlərlə bağlı müraciət etmək imkanları yaranır. Bu arada, fürsətdən istifadə edərək hörmətli Ədalət Vəliyevə bir daha təşəkkürümü bildirirəm. Bu, həddindən artıq əhəmiyyətli və önəmli bir səfər idi. Ümumiyyətlə, bu səfərlər siyasi partiyalarla hakimiyyət arasında yaranmış dialoqun təzahürü və davamıdır. Məsələn, 3 iyun Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun ad günü idi, bilmirdik. Ancaq buna baxmayaraq, Ədalət müəllim süfrə başında Sərdar bəyi təbrik etdi, onun xidmətlərindən danışdı və tort gətirildi. Bunun özü də çox mühüm bir hadisədir.

Əlbəttə ki, bu, hakimiyyət nümayəndəsi ilə siyasi partiyalar arasındakı əlaqənin təzahürüdür. Üstəlik, səfərlər zamanı müxalif partiyalarla müzakirələr aparılması da olduqca əhəmiyyətlidir. Qarabağda yenidənqurma və abadlıq işləri sürətlə davam etdirilir. Belə səfərlər zamanı Qarabağdakı abadlıq və quruculuq işlərini canlı olaraq izləyə bilirik. Artıq işğaldan azad olunmuş ərazilərə həyat qayıdıb. Cəbrayılda insanların işlə təmin olunmasına, orada quruculuq işlərinin çox yüksək səviyyədə aparılmasına şahidlik etdik. Həmçinin, Zəngilanda su-elektrik stansiyasında və yenidən qurulmuş kəndlərdə olduq. Eyni zamanda, rayonunun mərkəzində dağıdılmış məscidin yenidən çox möhtəşəm səviyyədə tikilib istifadəyə verildiyini gördük. Həm Cəbrayılda, həm də Zəngilanda çox yüksək səviyyədə tikinti işləri aparılır. Bunların hər biri çox vacib məsələlərdir. Onu da qeyd edim ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev həm orada görülən işlərlə bağlı bizə geniş məlumatlar verdi. Ümumiyyətlə, belə səfərlər ölkənin siyasi sisteminin inkişafına birbaşa töhfə verir. Ona görə də bu səfərlərin hər birini çox yüksək qiymətləndiririk”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Sizə açıq deyim ki, biz işğaldan azad olunmuş bölgələrdə çox böyük işlərin həyata keçirildiyini öz gözlərimizlə gördük. Cəbrayıl və Zəngilan rayonlarında səfərdə olarkən məcburi köçkünlərimizin böyük həvəslə geri döndüklərinin və orada məskunlaşdıqlarının şahidi olduq. Onların məşğulluğunun təmin olunması bizə xüsusi ruh verdi. Düşünürəm ki, bu proses bu cür də davam edəcək və belə də olmalıdır.

Səfər zamanı tam aydın oldu ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə burada aparılan işlər misilsizdir – analoqu olmayan inkişaf modelidir. Məsələn, Cəbrayılda tikiş fabrikində olduq, yeni açılmış iş yerlərini gördük. Yerli sakinlər – işçilərlə görüşdük. Onlarda böyük bir ruh yüksəkliyi var. Daha sonra Zəngilana səfər etdik. Orada su elektrik stansiyasının açılışında iştirak etdik, yeni tikilmiş məktəb binasını gördük. Genişmiqyaslı quruculuq işləri gedir, gözəl yollar çəkilir. Etiraf etməliyəm ki, Avropada belə yollar yoxdur – burada hər şey ən yüksək səviyyədə təmin olunub. Bu səfər bizə çox güclü təəssürat bağışladı. Hətta ailəmizə danışsaq belə, bu duyğuları tam ötürmək çətin olar. Biz də müəyyən təkliflərimizi verdik, imkan daxilində bu prosesə dəstək göstərməyə hazır olduğumuzu bildirdik.

Təqdirəlayiq məqamlardan biri də odur ki, orada çalışan yerli icra nümayəndələri, mütəxəssislər təkcə rəhbərlik etmir, həm də işin içindədirlər. Onlar orada yaşayır, şəraitin qurulmasında, kənd təsərrüfatı və digər sahələrdə şəxsən iştirak edirlər. Bu da insanlara böyük güvən verir.

Bir sözlə, çox böyük və möhtəşəm işlər görülür. Allahdan arzumuz budur ki, bu proses uğurla davam etsin. Artıq əminik ki, köçkünlərimiz böyük həvəslə geri qayıdacaq. Elə bir inkişaf var ki, yaxın gələcəkdə orada məskunlaşmaq üçün yer tapmaq çətin olacaq. Çünki hamı ora dönmək istəyəcək”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyun 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see166

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see147

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see132

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see131

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri