Icma.az
close
up
RU
Görünmək və Eşidilmək İstəyi: Gənclərin Emosional Köçü Psixoloqdan açıqlama

Görünmək və Eşidilmək İstəyi: Gənclərin Emosional Köçü Psixoloqdan açıqlama

Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bəzi gənclər evdən və ya cəmiyyətdən uzaqlaşaraq sanki bir mesaj vermək istəyirlər. Onlar görünmək, eşidilmək və başa düşülmək arzusundadırlar. Bu vəziyyət bəzən depressiyanın, bəzən isə daxili münaqişələrin nəticəsi olur. İtkin düşmək hər zaman fiziki yoxluq deyil – bəzən bu, emosional uzaqlaşma, yəni “emosional köç” formasında baş verir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib.

Xatırladaq ki, son vaxtlar sosial şəbəkələrdə tez-tez gənclərin itməsi ilə bağlı xəbərlərə rast gəlirik. Bu, cəmiyyət üçün ciddi narahatlıq doğurur və ailələr arasında təşvişə səbəb olur. Hər bir belə xəbər insanlar arasında qorxu və çaşqınlıq yaradır, xüsusilə də gənc yaşda olanların psixoloji vəziyyəti ilə bağlı suallar ortaya çıxır.

Psixoterapevt qeyd edib ki, əgər bir gənc uzun müddət özünü anlaşılmamış hiss edirsə və sosial mediada yaşıdlarından birinin itkin düşməsi geniş ictimai diqqət qazanırsa, o da bu davranışı təkrarlamaq meyli göstərə bilər.

“Psixoloji baxımdan bu, identifikasiya və diqqət yönümlü davranış kimi izah olunur. Sosial şəbəkələrin təsiri də az deyil. Məlumatın sürətlə yayılması, bəzən isə bu itki hallarının romantikləşdirilməsi və ya qəhrəmanlaşdırılması, digər həssas gənclərdə oxşar davranışlara meyil yarada bilər. Bu halların qarşısını almaq üçün məktəblərdə və ailələrdə psixoloji maarifləndirmə gücləndirilməli, gənclərlə açıq ünsiyyət və empatiya qurulmalıdır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Aprel 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see138

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see125

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see124

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see121

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see120

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see117

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see117

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see115

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see115

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see114

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see114

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see114

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see114

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see113

Naxçıvanda istedadlı şagirdlərlə görüş

23 Aprel 2025 01:49see112

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

23 Aprel 2025 14:05see111

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see111

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see109

Türkiyə və Pakistan terrorla mübarizədə... Ərdoğan

23 Aprel 2025 01:26see109

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri