Icma.az
close
up
RU
Göylərdə keçən ömür Rafiq Səlimovun xatirələri

Göylərdə keçən ömür Rafiq Səlimovun xatirələri

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 sentyabr, AZƏRTAC

Aviasiya mənim üçün, sadəcə, peşə olmayıb, bu, mənim həyatım, məsuliyyətim, taleyim və illər ərzində formalaşan dünyagörüşümdür. Göyə qalxanda insan yalnız öz həyatına görə deyil, yerə qayıtmasını gözləyən insanların taleyinə görə də məsuliyyət daşıyır. Bəzən məsuliyyət adi bir uçuşun çərçivəsindən çıxaraq həyatla ölüm arasındakı sərhəddə qərar verməyi tələb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında 40 ildən artıq Azərbaycan aviasiyasında mülki və hərbi qaydada xidmət etmiş Rafiq Səlimov söyləyib.

O, ömrünün ən mühüm və yaddaqalan anlarını göylərdə yaşadığını deyib. Rafiq Səlimovun sözlərinə görə, uşaqlıq və yeniyetməlik illərində aviasiyaya böyük marağı yaranıb. Məhz bu səbəbdən 1978-ci ildə Rusiyanın Sasov Uçuş Məktəbinə daxil olub. Pilot ixtisası üzrə təhsilini uğurla başa vurduqdan sonra isə Azərbaycana qayıdıb. Həmin il təyinatla Zabrat Hava Limanında “An-2” tipli hava gəmisində ikinci pilot kimi əmək fəaliyyətinə başlayıb. “İlk uçuşlar, ilk məsuliyyət, göylə ilk ciddi tanışlıq… Bütün bunlar mənim peşə həyatımın başlanğıcıdır. “An-2” təyyarəsinin kapitanı vəzifəsinə təyin olunduqdan sonra da aviasiya sahəsini daha dərindən öyrənmək və təkmilləşdirmək istəyirdim. Beləliklə, “Mi-8” tipli helikopter üzrə yenidən hazırlıq kursu keçdim. Həmin vaxtdan helikopter pilotu kimi fəaliyyətimi davam etdirdim”, - deyə o bildirib.

Rafiq Səlimov 1992–1994-cü illəri xatırlayaraq həmin vaxtın Azərbaycan tarixində ən ağır sınaqlı dövrlərindən biri olduğunu deyib. Pilot Birinci Qarabağ müharibəsi zamanı mülki aviasiya helikopterləri ilə həyata keçirilən xüsusi uçuşlarda iştirak edib: “O illərdə helikopterlərimiz yalnız sərnişin daşımırdı. Bəzən onların göyərtəsində ümid, bəzən kömək gözləyən insan həyatı, bəzən isə müharibənin ağır nəticələrindən xilas edilməli olan dinc sakinlər olurdu”.

Öz xatirələrini bölüşən helikopter pilotu Rafiq Səlimov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən faciədən sonra yaranan vəziyyətin xüsusilə ağır olduğunu vurğulayıb. Onun sözlərinə görə, hadisə yerinə daxil olmaq, oradan yaralıları və zərərçəkmiş insanları təxliyə etmək son dərəcə təhlükəli idi. Həmin günlərdə göyə qalxan hər bir helikopter ekipajı nə ilə qarşılaşacağını bilmirdi. Fevralın 29-da isə onlara Kəlbəcər rayonunun Umudlu kəndindən mühasirədə olan xüsusi təyinatlı döyüş dəstəsinin çıxarılması ilə bağlı uçuş tapşırığı verilib. Rafiq Səlimov pilot yoldaşları ilə birlikdə həmin tapşırığı yerinə yetirmək üçün yollanıblar. “Uçuşun hər saniyəsi məsuliyyət tələb edirdi. Qarşıda dağlar, təhlükə, naməlumluq, həmçinin bizi gözləyən insanlar var idi. Bizim üçün əsas məqsəd tapşırığı yerinə yetirmək və insanları təhlükəsiz şəkildə çıxarmaq idi. Tapşırıq başa çatdıqdan sonra yanacaq doldurmaq üçün Ağdam şəhər aeroportuna uçduq. Yanacaq doldurulduqdan sonra Xocalıda törədilən faciədə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin təxliyəsi məqsədilə yenidən hadisə yerinə yollandıq. Həmin uçuş zamanı gördüklərimi sözlə ifadə etmək çox çətindir. Bəzi mənzərələr var ki, insan onları yaddaşından silmək istəsə də, zaman buna imkan vermir. İllər keçir, həyat davam edir, insan yaşlanır, çox şey dəyişir, amma bəzi görüntülər yaddaşın ən dərin yerində olduğu kimi qalır. Məmim üçün Xocalı ilə bağlı həmin uçuş belə xatirələrdəndir”, - deyə o sözlərinə davam edir.

Pilot: Kəlbəcərdə zədələnən helikopteri təhlükəsiz əraziyə endirə bildim

Rafiq Səlimov şahidi olduqlarını belə nəql edir: “İnsan göydən yerə baxanda yalnız böyük mənzərəni görür. Lakin müharibə illərində yerdə görünən hər kəndin, hər yolun, hər dağın öz hekayəsi var idi. 1993-cü il aprelin 1-də Kəlbəcər rayonunda dinc əhalinin təxliyəsi məqsədilə həyata keçirdiyim uçuşlar həyatımın ən təhlükəli uçuşlarından idi. Belə ki, idarə etdiyim mülki helikopter düşmən tərəfindən ağır atəşə tutuldu. Belə vəziyyətdə uçuş heyətinin özünü itirməməsi, saniyələr ərzində düzgün qərar qəbul etməsi həyati əhəmiyyət daşıyır”.

Bütün bunlara baxmayaraq, təcrübəsi və peşəkar hazırlığı sayəsində pilot zədələnmiş helikopterini təhlükəsiz şəkildə Yevlax şəhər aeroportuna endirə bilib. Sonrakı texniki baxış zamanı məlum olub ki, helikopterin sağ yanacaq çəni və idarəetmə aqreqatı yararsız vəziyyətə düşüb. Bu gün həmin helikopterin zədələnmiş idarəetmə aqreqatı Mülki Aviasiya Muzeyində saxlanılır. Çünki bu, sadəcə, texniki detal deyil. O metal parçasında bir dövrün izi, bir uçuşun yaddaşı, ekipajın yaşadığı təhlükənin səssiz şahidliyi var.

Pilot 1994-cü ildən hərbi aviasiyada xidmət etmək qərarına gəlib və 1994–1997-ci illər Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopter alayında könüllü olaraq xidmət edib. Bu illər ərzində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi məqsədilə döyüş bölgələrinə çoxsaylı uçuş tapşırıqları yerinə yetirib. Hərbi aviasiyada xidmət ona bir daha göstərib ki, pilot olmaq yalnız texniki bacarıq deyil, intizam, soyuqqanlılıq, məsuliyyət və komanda yoldaşlarına güvən tələb edir. O, 1998-ci ildən yenidən mülki aviasiyada, “ASG Helicopter Services” şirkətində pilot kimi çalışıb. R.Səlimov bu uzun yolda Azərbaycan aviasiyasının müxtəlif mərhələlərinin şahidi olub - texnikanın dəyişməsi, aviasiya imkanlarının genişlənməsi, yeni nəsil hava gəmilərinin yaradılmasını görüb. Lakin pilot peşəsinin əsas prinsipləri heç zaman dəyişməyib - məsuliyyət, dəqiqlik, intizam və insan həyatına hörmət.

“Bəzən düşünürəm ki, insanın həyatda qoyduğu ən böyük iz özündən sonra gələnlərə ötürdüyü dəyərlərdir. Hazırda üç övladım da Azərbaycan mülki aviasiyasında pilot kimi fəaliyyət göstərir. Mən onlara hər zaman yalnız pilot peşəsini deyil, bu peşənin məsuliyyətini, insan həyatına hörməti, intizamı və Vətənə xidmət anlayışını öyrətməyə çalışmışam. İndi geriyə baxanda anlayıram ki, mənim üçün aviasiya, sadəcə, göyə qalxmaq olmayıb. Aviasiya mənə qorxunu dəf etməyi, məsuliyyəti, qərar verməyi və ən çətin anlarda belə ümidə sadiq qalmağı öyrədib”, - deyə pilot qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Sentyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri