Icma.az
close
up
RU
Gözəllik salonlarında sterillik təmin edilməlidir Professor

Gözəllik salonlarında sterillik təmin edilməlidir Professor

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tibbi prosedurların aparıldığı məkanda müvafiq avadanlıqlar olmalıdır 


Plastik cərrahların ardından yoxlama növbəsi gözəllik salonlarına çatıb. İddialara görə, bəzi gözəllik salonları təkcə saç və dırnaq baxımı üçün yox, həm də müxtəlif kosmetoloji prosedurlar üçün şərait yaradır.  Xəzər TV-nin məlumatına görə, sosial şəbəkələrdə açıq elanlar paylaşılır, salonlarda müxtəlif dəri təmizləmə və pilinq, dərinin alt qatlarına vitaminlər, minerallar və digər faydalı maddələrin yeridilməsi ilə aparılan mezoterapiya, botoks və dolğu, eyni zamanda, lazer epilyasiyası kimi kosmetoloji xidmətlər həyata keçirilir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, gözəllik salonları tibb müəssisələrindəki sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Keçirilən yoxlamalar zamanı aşkar edilmiş qanunsuz tibbi fəaliyyət ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir.


Professor Adil Qeybulla isə "Sherg.az"a açıqlamasında deyib ki, bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdir. Mütəxəssisin sözlərinə görə, gözəllik salonları tibb müəssisələrində sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir:

 "Tibbi prosedurların aparıldığı məkanda müvafiq avadanlıqlar olmalıdır. Sterillik təmin edilməlidir. Aseptika və antiseptika qaydalarına əməl olunmalıdır. Orada mütləq sterillik üçün xüsusi avadanlıq - autoklav olmalıdır.

 Tibbi prosedur üçün istifadə olunan bütün avadanlıqlar ya birdəfəlik olmalıdır, ya da düzgün sterilizə olunmasına diqqət etmək lazımdır. Gözəllik salonlarında dəri üçün istifadə edilən dərmanların əks təsirinə, allergik və anafilaktik reaksiyalara qarşı tədbir görmək üçün , məsələn, anafilaktik şokun qarşısını almaq üçün lazımi tibbi ləvazimat və dərmanlar mövcud olmalıdır. Pasiyentlerin həyatına barmaqarası yanaşmaq olmaz. Bəzi salonlarında ər hansı bir prosedur zamanı baş verə biləcək fövqəladə hallar nəzərə alınmır. Lakin 100 xəstədən birində bu cür problem yaşana və ilkin tibbi yardım üçün lazım olan avadanlıqlar, tibbi bilik olmadığı üçün xəstə elə oradaca həyatını itirə  bilər". 

Ekspertiza Mərkəzi tərəfindən gözəllik salonlarında aparılan yoxlamaları məqsədəuyğun hesab edən professor qeyd edib ki, nəinki gözəllik salonlarında kosmetoloji prosedurlar tətbiq edilə bilməz, hətta kosmetoloji prosedurlarla məşğul olan şəxslərin dövlət tərəfindən verilmiş lisenziyası və müvafiq ixtisas üzrə baza rezidentura təhsili olmalıdır. Bu təhsil isə yalnız ali tibb məktəblərində verilir.

A.Qeybulla sonda bildirib ki, hansısa bir mərkəz tələblərə cavab vermirsə, orada kosmetoloji prosedurlarla məşğul olmaq  qəti qadağandır.  Professor ümumiyyətlə, dünyanın heç bir yerində gözəllik salonlarında tibbi prosedurlar həyata keçirilmədiyini diqqətə çatdırıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Aprel 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri