Icma.az
close
up
RU
Gözləmək olardı ki, digər müflis bankların çoxunun sahibləri kimi “Muğanbank”ın yiyələrinə qarşı tədbirlər görüləcək, lakin əksi oldu...

Gözləmək olardı ki, digər müflis bankların çoxunun sahibləri kimi “Muğanbank”ın yiyələrinə qarşı tədbirlər görüləcək, lakin əksi oldu...

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ölkədə ən son bağlanan bank “Muğanbank”dır. Ötən ilin oktyabr ayında müflis elan olunub. Müştərilərin dağıdılmış vəsaitin həcminə görə “Bank Standard”, “Texnikabank” və “AtaBank"ın günündədir. Yəni bu bankın sahiblərin və rəhbərləri orada daşı daş üstdə qoymayıblar. Minlərlə yerli və xarici müştərinin bu bankda yüz milyonlarla vəsaiti qalıb. Hətta işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən tikinti şirkətlərinin də".

Pravda.az xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov deyib.


Ə.Həsənov xatırladıb ki, məlum olduğu kimi, bu bank keçmiş deputat, “Odlar Yurdu” universitetinin rektoru kimi tanınan Əhməd Vəliyevə və onun ailəsinə məxsus idi: "Bu bankda vəziyyət həmişə bərbad olub. Hətta ötən ilin may ayında “GünayBank” bağlananda mən sual etdim ki, qat-qat ağır vəziyyətdə olan “Muğanbank”ı niyə bağlamırlar bəs? Bir neçə ay sonra bağladılar. Daha çox müştəri cəlb edib pullarının başına daş salandan sonra. Bu bankda heç vaxt normal idarəetmə olmayıb. Məlumat var ki, xeyli qanunsuz bank qarantiyaları da verib. Gözləmək olardı ki, digər müflis bankların çoxunun sahibləri kimi bunun da yiyələrinə qarşı tədbirlər görüləcək. Lakin əksi oldu. Belə ki, bu il hətta Əhməd Vəliyevin oğlu Samir deputat da oldu. Görünür, bizdə daha çox vəsaitin başına daş salmaq lazımdır ki, yekunda sudan quru çıxasan".


Ekspert əlavə edib ki, hər bir halda indi əsas məsələ Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Muğanbank”ın ləğvinin necə həyata keçirilməsidir: "Bu proses əsnasında Fond bankın əmlakını hərracda satmalı, verdiyi kreditləri qaytarmalı, bankın sahibləri və rəhbərlərinin pozuntuları olduğu halda vəsaiti onlardan tələb edərək almalı və yekunda yığılmış vəsaiti kreditorlar -  bankda pulu qalmışlar arasında bölüşdürməlidir. Bu prosesə də Kreditorlar Komitəsi nəzarət etməlidir. Rübdə bir dəfə Fond bütün kreditlərlara hesabat və ləğv planını təqdim etməlidir. Lakin indiyədək heç prosesə nəzarət edən Bakı Apellyasiya Məhkəməsi kreditorların siyahısını belə təqsidq etməyib. Halbuki, qanunvericiliyə görə məhkəmə onu bu ilin fevral ayında təsdiq etməli idi. Böyük ehtimalla Fond hələ də siyahını məhkəməyə tam təqdim etməyib. Niyə? Ona görə ki, bu halda Kreditorlar Komitəsi yaranacaq və Fondun işinə nəzarət edəcək. Fond isə bunu istəmir. Əvvəla, öz maraqları naminə: məlumdur ki, ləğv prosesində olan bankların olan-qalan əmlakının başına da məhz bu Fond tam daş salır. Digər tərəfdən isə, böyük ehtimalla Fond bu bankın sahibləri və rəhbərlərini zərbədən qoruyur. Çünki prosesə nəzarət başlasa, bu bankın niyə müflisləşməsi sualı ortaya çıxacaq, təqsirkarlar axtarılacaq. Hələlik isə Fond heç kreditorların məktublarına belə cavab vermir. Xarici kreditorlar mənə müraciət edir ki, heç belə də şey olar, pulumuz orada qalıb, buna başa düşdük, bəs ləğv prosesi niyə qeyri-şəffaf aparılır, bizə məlumat verilmir? Zavallılar heç bir ölkədə belə şey görməyiblər. Bu, Azərbaycansayağı müflisləşmə və ləğv prosesidir!"


"Hər bir halda yaranmış vəziyyəti nəzərə alaraq, mən bu bankın kreditorlarına üz tuturam. Gözləməyin. Heç kəslə separat danışıqlara getməyin, sizi aldadacaqlar, gözlə deyəcəklər ki, vaxt udsunlar. Özünüz biri-birinizlə əlaqə saxlayaraq toplantı keçirin. Yalnız siz birləşdiyiniz halda Fond və məhkəmələr sizin maraqlarınızla hesablaşacaq. Əks halda, Fond sizə bir qəpik də qaytarmayacaq. Bir sözlə, gəlin özümüz bu bankın kreditorlarının toplantısını keçirək, bankın müflisləşmə səbəblərini araşdıraq, təqsirkarları müdafiə edək, Fonddan şəffaf və ədalətli ləğv prosesini tələb edək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Dekabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see143

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see120

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see119

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see117

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see115

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see108

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri