Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

Gözlənilməz kəşf Qədim Misirin mənşə tarixini yenidən yazdı

Gözlənilməz kəşf Qədim Misirin mənşə tarixini yenidən yazdı

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qədim Misirin mənşə tarixi alimlərin onun ən qüdrətli dövrünə dair yeni xronologiya təqdim etməsindən sonra yenidən nəzərdən keçirilib.

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, bu kəşf Misirin erkən sülalələrinin xronologiyasını dəyişdirərək Yeni səltənətin yaranmasını əvvəl düşünüldüyündən təxminən bir əsr sonrakı dövrə aid edir. Qeyd olunur ki, e.ə. 1550–1070-ci illəri əhatə edən Yeni səltənət Misirin güc, zənginlik və ərazi genişlənməsinin zirvəsi olub, Tutanxamon kimi məşhur fironların dövrünü əhatə edib.

Bu dövr parçalanma mərhələsindən sonra Misiri birləşdirən firon Ahmos I tərəfindən təsis edilmiş 18-ci sülalə ilə başlayıb. Alimlər müəyyən ediblər ki, Santorini vulkanının güclü püskürməsi Ahmosun hakimiyyətindən əvvəl baş verib. Bu isə 18-ci sülalənin və Yeni səltənətin əvvəllər güman edildiyindən daha gec formalaşdığını göstərir.

İndiyədək tarixçilər püskürmənin Yeni səltənətin erkən mərhələsinə təsadüf edə biləcəyini düşünür, bəzi tədqiqatçılar isə onu Hatşepsut, Tutmos III və ya Ahmos I kimi konkret fironlarla əlaqələndirməyə çalışırdılar.

Bu irəliləyiş 17-ci sülaləyə və 18-ci sülalənin əvvəllərinə aid Misir artefaktlarının radiokarbon tarixləndirilməsi sayəsində mümkün olub.

Tədqiqatçılar üzərində Ahmosun adı olan gil kərpicləri, dəfn üçün istifadə edilmiş kətan parçanı və fironlarla və onların məbədləri ilə birbaşa əlaqəli olan taxta dəfn fiqurlarını – şabtiləri araşdırıblar.

Bu əşyalar konkret tarixi kontekstə bağlı olduğundan, onların yaşı həmin dövr barədə etibarlı təsəvvür yaradır. Araşdırma göstərir ki, vulkan püskürməsi bu artefaktlardan əvvəl baş verib və bu da tarixçilərin Misirin ən qüdrətli dövrünün yüksəlişi barədə baxışlarını dəyişir.

Tera vulkanı bir neçə dəfə püskürüb, lakin ən məşhur püskürmə gec minoy dövründə, təxminən e.ə. 1600–1480-ci illər arasında baş verib.

Ənənəvi olaraq Teradakı püskürmə Misirin 18-ci sülaləsi ilə əlaqələndirilir və erkən Yeni səltənət hadisələrinin tarixləndirilməsi üçün təxmini istinad nöqtəsi kimi istifadə olunurdu.

Lakin yeni radiokarbon analizi püskürmənin daha əvvəl – İkinci keçid dövründə, Ahmosun hakimiyyəti altında Misirin tam birləşdirilməsindən öncə baş verdiyini göstərib.

Bu isə püskürməni birbaşa erkən Yeni səltənətlə bağlayan əvvəlki fərziyyələrin yanlış olduğunu ortaya qoyur.

"Bu tədqiqat ilk dəfə olaraq Tera vulkanının püskürməsini bu keçid dövrünə aid Misir artefaktları ilə birbaşa radiokarbon müqayisəsinə cəlb edir. Bu, Şərqi Aralıq dənizi regionunda baş vermiş ən dramatik təbii hadisələrdən birini Misirin tarixi xronologiyası ilə əlaqələndirməyə imkan verir”, deyə Neqevdə yerləşən Ben-Qurion Universiteti və Qroningen Universitetinin tədqiqatçıları bildiriblər.

Alimlər əlavə ediblər ki, əldə olunan nəticələr qədim dünya haqqında elmi anlayışları genişləndirir. Püskürmənin əvvəl düşünüldüyündən daha erkən baş verdiyini öyrənən tarixçilər və arxeoloqlar indi Misir, Krit və Aralıq dənizinin digər bölgələri arasındakı mədəni və ticarət əlaqələrini yenidən qiymətləndirə bilərlər. Bu, malların və ideyaların hərəkətindən tutmuş, təbii fəlakətlər nəticəsində yaranan miqrasiyalara qədər geniş bir sahəni əhatə edir.

Tədqiqatın aparıcı müəllifi Hendrik C. Brüyins qeyd edib: "Nəticələr göstərir ki, İkinci keçid dövrü əvvəl düşünüldüyündən xeyli uzun olub, Yeni səltənət isə daha gec başlayıb”.

İllər baxımından dəyişiklik böyük olmasa da, onun tarixi əhəmiyyəti kifayət qədər genişdir.

Ahmos tərəfindən Misirin yenidən birləşdirilməsi həlledici dönüş nöqtəsi hesab olunur və bu hadisənin tarixinin dəyişdirilməsi alimlərin Yeni Misir səltənətinə aparan siyasi və mədəni dəyişiklikləri anlama tərzinə birbaşa təsir göstərir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri