Icma.az
close
up
RU
Greg Munro: Bakı tarixi irsin qorunması ilə müasir şəhər inkişafını uğurla birləşdirir

Greg Munro: Bakı tarixi irsin qorunması ilə müasir şəhər inkişafını uğurla birləşdirir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas gözləntilərindən biri qeyri-formal yaşayış məntəqələri və mənzil məsələləri ilə bağlı konkret icra mexanizmlərinin formalaşdırılmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında BMT platformasında fəaliyyət göstərən “Cities Alliance” təşkilatının direktoru Greg Munro bildirib.

Onun sözlərinə görə, müzakirələrlə kifayətlənmək olmaz.

“Qeyri-formal yaşayış məntəqələrinin yaxşılaşdırılması, mənzil təminatı və şəhər mühitinin inkişafı istiqamətində real addımlar atılmalıdır. Ümid edirik ki, WUF13 bu istiqamətdə konkret öhdəliklərin qəbuluna təkan verəcək”, - deyə Greg Munro əlavə edib.

27 ildən artıqdır ki, müxtəlif ölkələrdə qeyri-formal yaşayış məntəqələri ilə bağlı layihələr həyata keçirdiklərini bildirən təşkilat rəhbəri WUF13-ün onun üçün son WUF tədbiri olduğunu, yaxın zamanda təqaüdə çıxacağını da qeyd edib. O, forumun təşkilini yüksək qiymətləndirərək könüllülərin fəaliyyətini xüsusi vurğulayıb: “Haraya üz tutursansa, yardım etməyə hazır könüllülərlə qarşılaşırsan. Şəhər sərgisi də indiyədək gördüklərimin ən yaxşılarından biridir”.

Greg Munro Bakının şəhərsalma baxımından maraqlı nümunə olduğunu bildirib. Onun sözlərinə görə, şəhərdə tarixi irsin qorunması ilə müasir urbanizasiya arasında balans uğurla təmin olunub.

“Bakıda həm qədim şəhər mühiti, həm də müasir infrastruktur mövcuddur. İçərişəhərin UNESCO irsi kimi qorunub saxlanılması çox təsirlidir. Eyni zamanda şəhərin müasir hissəsində yüksək binalar, inkişaf etmiş nəqliyyat sistemi və keyfiyyətli infrastruktur diqqət çəkir”, – deyə o qeyd edib.

"Cities Alliance" rəhbəri Bakı metrosundan istifadə etdiyini və ictimai nəqliyyat sistemini rahat və əlçatan hesab etdiyini bildirib.

Müxbir-Vüqar Qurbanoğlu

Tərcümə-Əyyub Ələsgərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri