Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Güc amili regionu yerindən oynadan Azərbaycan

Güc amili regionu yerindən oynadan Azərbaycan

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev: Biz kağız – BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində beynəlxalq aləmdə gücün mühüm hərəkətverici amil olması reallığına ətraflı aydınlıq gətirib. Dövlətimizin başçısı məsələyə iki aspektdən yanaşıb. Birinci aspekt Azərbaycan və Türk Dövlətləri Təşkilatı xəttinə əsaslanır. İkinci aspekt isə güc amilinə müstəqil yanaşmadır ki, bu zaman şərti olaraq götürdüyümüz Azərbaycan–dünya trayektoriyası üzərində dayanmalıyıq. Birincidən başlayaq.

İlk növbədə, onu deyək ki, Prezident İlham Əliyev dünyadakı proseslərin hansı istiqamətdə getdiyini görür və müsahibəsində bu məqamı dilə gətirib. Belə qənaət hasil olur ki, Azərbaycan beynəlxalq aləmin bir parçası kimi özünü qorumaq məcburiyyətindədir və bu səbəbdən hərbi potensialını artırır. Eyni zamanda, ölkəmiz yalnız müdafiə mövqeyi ilə kifayətlənmir. Məqsəd dünyanın hesablaşdığı mərkəz statusunun əlahiddəliyini təmin etməkdir. Əminliklə deyə bilərik ki, ötən il bu statusun xeyli möhkəmlənməsi baxımından əlamətdardır.

Dünyanın getdiyi istiqamət gücü ehkamlaşdırırsa, Azərbaycan, sadəcə, adekvat davranmaq məcburiyyətindədir ki, bu davranışın kollektivçilik anlamlı TDT faktoru var. Söhbət bilavasitə ölkəmizin səyləri ilə formalaşmış faktordan gedir. Nəzərə alaq ki, Azərbaycan TDT-nin oturuşmuş təşkilata çevrilməsi üçün böyük addımlar atıb və hazırda Prezident İlham Əliyevin şəxsində rəsmi Bakı bu qənaətdədir ki, həmin addımlar tamlaşmalıdır. Başqa sözlə desək, TDT yalnız iqtisadi və mənəvi birlik olmamalı, eyni zamanda güc mərkəzi qismində də özünü təsdiqləməlidir. Təsdiqləməlidir ki, təşkilat haqq-ədaləti qoruya bilsin: “Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir. Qəbələdəki Zirvə Görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var”.

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının güc tandemi yaratdığını və bu tandemin TDT-yə üzv digər dövlətlər üçün də örnək mahiyyət daşıdığını vurğulayıb. Amma dövlətimizin başçısının baxışları yalnız rəmzi anlam daşımır. Çünki onun barəsində söz açdığı məsələ praktikidir, gəldiyi qənaət isə iti müşahidəyə söykənir: “Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”.

Əlbəttə, başlıca məsələ haqlı olmaq və haqq üçün mücadilə aparmaqdır. Nəzərə alaq ki, Azərbaycan gücünü müqəddəs amal naminə istifadə edən dövlət ampluasındadır və 2020-ci ilin 44 günlük müharibəsi dediklərimizin sübutudur. O müharibə ki, son çıxış yolumuz idi. O müharibə ki, onu mahiyyət etibarilə biz başlatmadıq və bitirməyə də bilərdik. Axı bizim olan təkcə işğal olunmuş rayonlarımız deyil, daha böyük haqlarımız var ki, Prezident İlham Əliyev müsahibəsində bu barədə də söz açdı: “Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda, məsuliyyətimiz göz önündədir. Biz həm 2020-ci ildə, həm 2023-cü ildə, həm də bu illər arasındakı olan hadisələr zamanı güc tətbiq edərək Ermənistana, yəni onlara layiq olan cavabı verə bilərdik. Necə ki, bizim xalqımız əzab-əziyyət içində yaşayıb, necə ki, bizim ərazilərimiz viran olunub, necə ki, bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdik. Tam rahatlıqla və əminliklə deyə bilərəm ki, heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik. Çünki birincisi, bu, nahaq iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq”.

Azərbaycan öz gücündən Cənubi Qafqaz regionuna, bu regionda yaşayan xalqlara sülh, rifah və əmin-amanlıq gətirmək naminə bəhrələnən dövlətdir. Xatırladaq ki, Prezident İlham Əliyev 44 günlük müharibənin sonunda – 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalandığı gün xalqa müraciəti zamanı Ermənistanı daha alçaldıcı şəkildə sülhə vadar etmək imkanında olduğumuzu vurğulamışdı. Amma: “Bunu (müharibəni – red.) güclü tərəf dayandırmalıydı və hətta bu artıq mətbuata da getmişdir, Prezident Trampın müşaviri cənab Vitkof müsahibəsinin birində demişdi ki, Ağ Evdə Prezident Tramp da məndən də soruşdu “Niyə siz dayandınız? Siz güclüydünüz”. Mənim cavabımı da yəqin ki, eşitmisiniz. Ona görə, buna baxmayaraq, hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın. Hətta heç kim düşünməsin ki, sənə ziyan vura bilər və bunun cavabını ödəməyəcək”.

Deməli, Azərbaycanın gücünü, daha doğrusu, hərbi potensialını artırmağa nə üçün üstünlük verdiyi məlumdur. Bunun bir yolu Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq, o cümlədən hərbi müttəfiqlikdir. “Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, bir nömrəli məsələdir, ona görə təklifim qüvvədədir”, - deyən Prezident İlham Əliyev TDT müstəvisində hərbi təlimlərin keçirilməsinə dair vacib məqama toxunaraq, həmin təlimlərin reallaşmama riski ilə bağlı hansı sualın ünvanlanmalı olduğunu vurğulayıb. Əlbəttə, ümidini dilə gətirməklə: “Biz indi mesajlarımızı müxtəlif diplomatik kanallarla göndəririk. Əgər ümumi razılıq olarsa, onda biz bu il bu təlimləri görəcəyik. Əgər görsək ki, təlim keçirilmədi, deməli, gərək sual verəsiniz “Kim bunu dəstəkləmədi?”. Amma mən ümid edirəm ki, bütün üzv ölkələr bunu dəstəkləyəcək”.

***

Əvvəldə də anons etdiyimiz kimi, Prezident İlham Əliyevin gücün dünyada hərəkətverici amilə çevrilməsi xüsusundakı fikirlərinin ikinci aspekti sırf Azərbaycan və dünya ilə bağlıdır. Yada salaq ki, ölkəmiz ötən beş il ərzində ordu quruculuğuna müstəsna önəm verib və dövlətimizin başçısı müsahibəsində buna xüsusi diqqət yetirib və qazandığımız uğurlara rəğmən arxayınlaşmamalı olduğumuzu deyib. Çünki “mükəmməlliyin sərhədi yoxdur”. Gücə güc qatmaq lazımdır ki, Prezident İlham Əliyev 2020-2023-cü illərdə Ermənistanı qondarma “Miatsum” xülyasından daşındırmaq üçün ölkəmizin atdığı addımları sadalayıb, habelə hərbi potensialımızı artırmaq əzmimiz baxımından mühüm məqamı qabardıb: “Axı, bu müddət ərzində regionumuzda Azərbaycanın iştirakı ilə bir çox həyəcanlı proseslər də baş verib, diplomatik olaraq qeyd edim ki, onlar Ermənistanla bağlı deyil və biz bütün bu ağır sınaqlardan layiqincə, öz vicdanımızla, ilk növbədə, ləyaqətimizlə kompromisə getmədən çıxdıq. Hamıya, kimə lazımdırsa sübut etdik ki, bizə hörmətlə yanaşmaq lazımdır və biz kobudluğa, həyasızlığa və diktə cəhdlərinə dözməyəcəyik. Bunun üçün döyüş qabiliyyəti olan orduya malik olmaq lazımdır. Mən Yeni il müraciətimdə bildirdim ki, biz müharibəyə hazırlaşmırıq və bu, həqiqətən də belədir. Hesab edirəm və ümidvaram ki, müharibələr arxada qalıb, amma heç kim zəmanət verə bilməz. Axı, biz dünyada hadisələrin necə dəyişdiyini görürük. Bir daha dediklərimə qayıdaraq qeyd edirəm ki, beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı - onların hamısı artıq rudimentə çevrilib. Hər şey o qədər köhnəlib ki, onlara istinad etmək, sadəcə, qeyri-ciddidir, bundan yapışıb qalanlar isə, sadəcə, köhnə reallıqda yaşayırlar. İndi yeni reallıq mövcuddur, əlbəttə ki, onu böyük ölkələr yaradır, amma əgər ölkə çox böyük deyilsə, o cümlədən siyasi, hərbi və iqtisadi potensiala malikdirsə, onda o da yeni reallığın yaradılmasına öz töhfəsini verə bilər”.

Tam əminliklə söyləmək olar ki, Azərbaycan öz gücü hesabına böyük nəticələrə imza atıb. Prezident İlham Əliyevin təbirincə desək, ölkəmiz çox böyük layları yerindən oynadıb. Bu, dünyadakı heç bir ölkənin müyəssər olmadığı üstünlükdür. Ancaq Azərbaycan gücün ona qazandırdığı üstünlüyü bəşəri amallar naminə istifadənin örnəyidir və bu mənada dövlətimizin başçısının son dərəcə dəqiqliklə vurğuladığı bir məqam var: “Ümidvaram ki, bu gün hələ də döyüşən tərəflər anlayacaqlar ki, müharibə bir ölkə və yaxud insanın başına gələcək ən pis şeydir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə, sülhdür. Amma sülh olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

Bəli, beynəlxalq hüquq prinsiplərinin işləmədiyi hazırkı dövrdə Azərbaycan 44 günlük müharibədə əldə etdiyi Zəfərlə regionda yeni reallıqlar yaradıb. Elə bir reallıqlar ki, onları bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar qəbul edib. Halbuki güclü olmadan bunlara nail olmaq qeyri-mümkün idi. Həm də ona görə ki, beynəlxalq hüquq prinsipləri, bir növ, oyuncağa çevrilib. Gücün oyuncağına. Prezident İlham Əliyev mövcud məqama son dərəcə dəqiq aydınlıq gətirib. Söhbət dövlətimizin başçısının dünyanın artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana münasibəti kontekstindəki izahından gedir: “Beynəlxalq hüquq faktiki olaraq işləməsə də, beynəlxalq arenadakı əsas oyunçular, - ən azı zahirən, - beynəlxalq hüquqa sadiq olduqlarını nümayiş etdirməyə çalışırdılar və qeyri-qanuni addımlar atarkən həmişə terminologiya ilə manipulyasiya etməyə can atırdılar, öz müqəddəratını təyinetmə anlayışından istifadə edilirdi, lakin bu prinsipin dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməli olduğu isə ya nəzərə alınmır, ya da bilərəkdən gözardı edilirdi. Amma hər hansı ərazi iddiası üçün “öz müqəddəratını təyinetmə” bəhanəsi Azərbaycan üçün çox yaxşı tanışdır. Biz haqlı olduğumuzu dünyaya izah etməyə çalışarkən, “öz müqəddəratını təyinetmə prinsipi dövlətin ərazi bütövlüyünə qarşı qoyula bilməz və təcavüzkar separatizm qınanmalıdır” deyərkən, yenə qəti səssizlik, laqeydlik və bəlkə də bir qədər də təkəbbürlə üzləşirdik, ta ki biz torpaqlarda vuruşub düşməni məğlub edənə qədər. Ondan sonra vəziyyət dəyişdi”.

Sonda bir məqamı da vurğulayaq. “Beynəlxalq hüquq pozulanda güclü olan haqlıdır”, - deyən Prezident İlham Əliyev güclü Azərbaycanın hər zaman həqiqətə, ədalətə sadiqliyini bildirib. Lakin dünya dəyişibsə, ölkəmiz də adekvat davranmalıdır. Çünki biz “kağız - BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də, güclü olmalıyıq, biz də bunu etməyə çalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm”.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri